|
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2010-cu il büdcəsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (22/07/2010)
Cari ildə xam neftin qiymətlərinin yüksək səviyyədə qalması şəraitində karbohidrogenlərin istismarı ilə əlaqədar hasilatın pay bölgüsü barədə sazişlərdən Azərbaycan dövlətinə əlavə gəlirlərin daxil olacağını, habelə Azərbaycan Respublikasının 2010-cu il üçün dövlət büdcəsində dəyişikliklər edildiyini nəzərə alaraq, Dövlət Neft Fondunun büdcəsində müvafiq dəyişikliklərin aparılmasını təmin etmək məqsədilə qərara alıram: 1. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə"yə və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları"nın 5.4.1-ci və 5.4.2-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktorunun vəsatətini və Müşahidə Şurasının rəyini nəzərə alaraq, "Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2010-cu il büdcəsinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 204 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 12, maddə 992) aşağıdakı dəyişikliklər edilsin: 1.1. 1-ci bənddə "5 963 126,7" rəqəmləri "9 032 139,4" rəqəmləri ilə, "5 428 431,2" rəqəmləri "6 428 431,2" rəqəmləri ilə əvəz edilsin; 1.2. 2-ci bənddə verilmiş cədvəl aşağıdakı redaksiyada verilsin:
1.3. 3-cü bənddə verilmiş cədvəlin 2-ci sırasında "4 915 000,0" rəqəmləri "5 915 000,0" rəqəmləri ilə əvəz edilsin və xərclərin məbləğinin cəmi göstərilən sırada "5 428 431,2" rəqəmləri "6 428 431,2" rəqəmləri ilə əvəz edilsin. 2. Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru bu Fərmandan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev |








