Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2010-cu il büdcəsinin icrası ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (25/12/2009)

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar"a, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları"na və Dövlət Neft Fondunun 2010-cu il büdcəsinə uyğun olaraq qərara alıram: 

1. "Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin 2010-cu ildə istifadə edilməsinin əsas istiqamətləri (proqramı)" təsdiq edilsin (əlavə olunur - Əlavə 1). 

2. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2010-cu ildə idarə edilməsi ilə bağlı xərclər smetası təsdiq edilsin (əlavə olunur - Əlavə 2)

3. Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 dekabr 2009-cu il.