Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2010-cu il büdcəsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (25/12/2009)

Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə"yə və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları"na uyğun olaraq qərara alıram: 

1. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2010-cu il büdcəsinin gəlirləri 5 963 126,7 min manat, xərcləri 5 428 431,2 min manat məbləğində təsdiq edilsin. 

2. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2010-cu il büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır: 

                         Gəlir mənbələri

Gəlirlərin məbləği

(min manat)

1.

Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla)    

 

5 564 476,9

2.

Neft-qaz layihələrinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının payına düşən dividendlər (BTC layihəsi üzrə)

155 813,8

3.

Fondun aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər

241 936,0

4.

Digər gəlirlər və daxilolmalar

900,0

 

Cəmi

5 963 126,7

3. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2010-cu il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir: 

           Xərc istiqamətləri

 Xərclərin məbləği

   (min manat)

1.

Qaçqınların və məcburi köçkünlərin sosial məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi

80 000,0

2.

Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinə transfert

4 915 000,0 

3.

Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi layihəsinin maliyyələşdirilməsi

200 000,0

 

4.

Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi

110 000,0 

5.

Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi

80 000,0

6.

2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi

10 000,0

7.

Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər

33 431,2

 

   Cəmi

428 431,2

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 25 dekabr 2009-cu il.