Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2011-ci il büdcəsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (28/12/2010)

 Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə"yə və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları"na uyğun olaraq qərara alıram:

 

1. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2011-ci il büdcəsinin gəlirləri 9 132 941,0 min manat, xərcləri 6 886 155,4 min manat məbləğində təsdiq edilsin.   

                                        

2. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2011-ci il büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:

 

 

Gəlir mənbələri

Gəlirlərin məbləği

(min manat)

1.

Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla)

 

 

 

 

 

 

8 349 564,1

2.

Şahdəniz-I fazasının icrası çərçivəsində hasil olunmuş qazın satışı üzrə müqavilə qiymətində edilmiş dəyişiklik nəticəsində yaranmış fərqdən daxilolmalar

 

 

283 249,2

3.

Neft-qaz layihələrinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının payına düşən dividendlər (BTC layihəsi üzrə)

 

148 024,4

4.

Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər

 

 

498,5

5.

Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər

 

10 452,0

6.

Fondun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər

 

340 252,8

7.

Digər gəlirlər və daxilolmalar

900,0

 

Cəmi

9 132 941,0

 

 

3. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2011-ci il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir:

  

 

Xərc istiqamətləri

Xərclərin məbləği

(min manat)

1.

Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi

 

110 000,0

2.

Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinə transfert

6 480 000,0

3.

Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi layihəsinin maliyyələşdirilməsi

 

33 446,0

4.

Samur Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi

 

110 000,0

5.

Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi

80 215,1

6.

2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi

 

15 000,0

7.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər

 

57 494,3

 

Cəmi

6 886 155,4

 

 

                                                                                                                                            

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

 Bakı şəhəri, 28 dekabr 2010-cu il