Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
“Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2011-ci ildə idarə edilməsi ilə bağlı xərclər smetası”nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (14/07/2011)

Cari ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun inzibati binasının tikintisi ilə bağlı aparılan işlərin sürətləndirilməsi, Dövlət Neft Fondunun üzv olduğu Suveren Fondların Beynəlxalq Forumuna üzvlük haqqı ilə bağlı ödənişlərin həyata keçirilməsi, habelə Dövlət Neft Fondunun 2011-ci il büdcəsində dəyişikliklər edilməsi ilə əlaqədar, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”nın 5.4.1-ci və 5.4.2-ci yarımbəndlərinə uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktorunun vəsatətini və Müşahidə Şurasının rəyini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 28 dekabr tarixli 1266 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 12, maddə 1105) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2011-ci ildə idarə edilməsi ilə bağlı xərclər smetası”nda aşağıdakı dəyişikliklər edilsin:

 

1.1. Xərclər smetasında verilmiş cədvəldə “Qeyri-maliyyə aktivlərinin alınması” bölməsinin “Xərclərin ümumi məbləği (manatla)” sütununda “40,933,350” rəqəmləri “70,933,350” rəqəmləri ilə, “Əsas vəsaitlər” köməkçi bölməsinin “Xərclərin ümumi məbləği (manatla)” sütununda “40,127,900” rəqəmləri “70,127,900” rəqəmləri ilə, bu köməkçi bölmənin “Bina və tikililər” paraqrafının, “Qeyri-yaşayış binaları” maddəsinin, “Qeyri-yaşayış binalarının tikintisi” yarımmaddəsinin “Xərclərin ümumi məbləği (manatla) sütununda “40,000,000” rəqəmləri “70,000,000” rəqəmləri ilə əvəz edilsin;

 

1.2. “Qeyri-istehsal aktivləri” köməkçi bölməsindən sonra aşağıdakı məzmunda bölmə əlavə edilsin və müvafiq olaraq, ümumi xərclər sətrində “57,494,300” rəqəmləri “87,539,300” rəqəmləri ilə əvəz edilsin.

 

Qrantlar və digər ödənişlər

260000

45,000

Üzvlük haqqı və digər ödənişlər

264000

45,000

Beynəlxalq təşkilatlara üzvlük haqqı

264100

45,000

 

2. Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 14 iyul 2011-ci il.