Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2012-ci il büdcəsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (29.12.2011)

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2012-ci il büdcəsini formalaşdırmaq və Fondun valyuta vəsaitinin səmərəli idarə edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2012-ci il büdcəsinin gəlirləri 10 697 030,6 min manat, xərcləri 10 561 304,0 min manat məbləğində təsdiq edilsin.
2. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2012-ci il büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:
 
Gəlir mənbələri
Gəlirlərin məbləği
(min manat)
2.1.
Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla)
10 365 432,0
2.2.
Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər
3 342,8
2.3.
Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər
8 137,0
2.4.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər
319 218,8
2.5.
Qanunvericiliyə uyğun olaraq digər gəlirlər və daxilolmalar
900,0
Cəmi
10 697 030,6
3. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2012-ci il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir:
Xərc maddələri
Xərclərin məbləği
(min manat)
3.1.
Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi
110 000,0
3.2.
Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinə transfert
9 905 000,0
3.3.
Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi
200 000,0
3.4.
Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi
252 484,0
3.5.
2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi
20 000,0
3.6.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər
73 820,0
Cəmi
10 561 304,0
 
6. Azərbaycan Respublikasının Dövlət Neft Fondu bu Fərmandan irəli gələn məsələləri həll etsin.
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 dekabr 2011-ci il.