Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2015-ci il büdcəsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (21.01.2015)

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2015-cü il büdcəsini formalaşdırmaq və Fondun valyuta vəsaitinin səmərəli idarə edilməsini təmin etmək məqsədilə qərara alıram:

 

 1. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2015-cü il büdcəsinin gəlirləri 10 246 611,9 min manat, xərcləri isə 11 813 909,2 min manat məbləğində təsdiq edilsin.

 

2. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2015–ci il büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:

 
Sıra  
№-si
Gəlir mənbələri
Gəlirlərin məbləği
(min manat)
2.1.

Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla)

9 741 175,6
2.2.

Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı

1 568,4
2.3.

Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər

9 410,4
2.4.

Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər

494 357,5
2.5.

Qanunvericiliyə uyğun olaraq digər gəlirlər və daxilolmalar

100,0
 
Cəmi
10 246 611,9

3.  Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2015-ci il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir:

  
Sıra
 №-si

         Xərc istiqamətləri

Xərclərin məbləği
(min manat)
3.1.

Qaçqınların və  məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi

150 000,0
3.2.

 Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinə transfert

10 388 000,0
3.3.

Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi

90 000,0
3.4.

Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi

111 487,0
3.5.

2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi

44 088,0
3.6.

Cənub Qaz Dəhlizi layihələrində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi

997 016,2
3.7.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər

33 318,0
 
Cəmi
11 813 909,2
 

4. “Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin 2015-ci ildə istifadəsinin əsas istiqamətləri (proqramı)” təsdiq edilsin (əlavə olunur).

 

5. “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2015-ci ildə idarə edilməsi ilə bağlı xərclər smetası” təsdiq edilsin (əlavə olunur).

 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 19 yanvar 2015-ci il.