Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
“Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2015-ci il tarixli 719 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (18.03.2016)

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 23 fevral tarixli 129-VQD nömrəli Qanununu nəzərə alaraq Azərbaycan  Respublikası Dövlət Neft Fondunun 2016-cı il üçün büdcə gəlirlərini və xərclərini dəqiqləşdirmək məqsədi Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”nın 3.2.1-ci və 5.4.1-ci yarımbəndlərinə uyğun olaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 29 dekabr tarixli 719 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, №12, maddə 1473) aşağıdakı  dəyişikliklər edilsin:

1.1.  1-ci hissədə  “6 711 564,1” rəqəmləri “4 578 474,6” rəqəmləri ilə və “8 181 399,7” rəqəmləri “10 668 933,7”  rəqəmləri ilə əvəz edilsin.

1.2. 2-ci hissədə verilmiş cədvəlin 2.1. bəndində “6 094 053,0” rəqəmləri “3 875 682,4” rəqəmləri ilə, 2.2. bəndində “2 100,0” rəqəmləri “3 402,0” rəqəmləri ilə, 2.3. bəndində “12 600,0” rəqəmləri “19 278,0” rəqəmləri ilə, 2.4. bəndində “602 790,1” rəqəmləri “679 950,2” rəqəmləri ilə, 2.5. bəndində “21,0” rəqəmləri “162,0” rəqəmləri ilə əvəz edilsin və gəlirlərin məbləğinin cəmi göstərilən sətirdə “6 711 564,1” rəqəmləri “4 578 474,6 ” rəqəmləri ilə əvəz edilsin. 

1.3.        3-cü hissədə verilmiş cədvəl aşağıdakı redaksiyada verilsin:

 

Sıra-si

Xərc istiqamətləri

Xərclərin məbləği

(min manat)

3.1.

Qaçqınların və  məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi

90 000,0

3.2.

Azərbaycan Respublikasının 2016-cıil dövlət büdcəsinə transfert

7 615 000,0

3.3.

Samur Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi

70 000,0

3.4.

Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi

137 621,7

3.5.

2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə  Dövlət Proqramının maliyyələşdirilməsi

36 558,0

3.6.

Cənub Qaz Dəhlizi layihələrində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi

2 355 318,0

3.7.

Türkiyə Respublikasında “STAR” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan  Respublikasının iştirak payının maliyyələşdirilməsi

331 776,0

3.8.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər

32 660,0

 

Cəmi

10 668 933,7

 

          1.4.   Fərmanın 5-ci bəndi ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı ildə idarə edilməsi ilə bağlı xərclər smetası aşağıdakı redaksiyada verilsin:

Azərbaycan Respublikası Dövlət Neft Fondunun

2016-cı ildə idarə edilməsi ilə bağlı 

XƏRCLƏR SMETASI 

Sıra-si

 Xərclər

Kod

Məbləğ

1.

Əməyin ödənişi

210000

6,078,280

2.

Malların  (işlərin və xidmətlərin) satın alınması

220000

4,273,448

3.

Qrantlar və digər ödənişlər

260000

636,700

4.

Təqaüdlər və sosial müavinətlər

270000

100,000

5.

Digər xərclər

280000

11,245,950

5.1.

İcarə və muzdlu xidmətlər

281400

86,000

5.2.

Sair xərclər

282100

8,397,950

5.3.

Bank xərcləri

282300

2,762,000

6.

Qeyri-maliyyə aktivlərinin alınması

310000

10,325,623

 

   Xərclərin cəmi

 

32,660,000

 

Tam versiya  

2.   Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru bu Fərmandan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri,  “18” mart    2016-cı il  

852