Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2005-ci il büdcəsinin icrası haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (16.10.2006)

Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə"yə və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları"na müvafıq olaraq Azərbaycan Respublikasının Dövlət Neft Fondu tərəfındən Dövlət Neft Fondunun 2005-ci il büdcəsinin icrası ilə bağlı hesabat təqdim edilmişdir.

Həmin hesabata dair Dövlət Neft Fondunun Müşahidə Şurasının rəyini və Dövlət Neft Fondunun maliyyə fəaliyyətinin nüfuzlu beynəlxalq auditor təşkilatı tərəfindən keçirilmiş auditinin nəticələrini nəzərə alaraq qərara alıram:

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2005-ci il büdcəsinin icrası gəlirlər 660 064,8 min manat, xərclər 232 957,3 min manat məbləğində olmaqla və ya Dövlət Neft Fondunun 2005-ci il büdcəsində nəzərdə tutulduğundan müvafıq olaraq 206 faiz artıq gəlirlə və büdcə xərcləri üzrə 0,7 faiz kəsirlə aşağıdakı kimi təsdiq edilsin:

 
 
Sıra
si
Göstəricilər

Min manatla

 
Gəlirlər

660 064,8

1.

Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərtilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla)

542 619,0
2.

Neft və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər

15 643,5
3.

Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına ödənilən akrhesabı ödənişlər

8 151,2
4.

Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına sərmayəçilər tərəfindən ödənilən bonuslar (mükafatlar)

918,4
5.

İxrac olunan neftin satış qiyməti ilə büdcə hesablamaları üçün nəzərdə tutulan qiymət arasında fərq hesabına dövlət büdcəsinə daxil olmuş və xəzinədarlığın xüsusi hesabında toplanaraq Neft Fonduna köçürülmüş vəsait

63 294,8
6.

Fondun aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər

27 915,3

7.
Digər gəlirlər və daxilolmalar
1 522,6
 
Xərclər

232 957,3

1.

Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi

40 389,6
2.

Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi ilə bağlı xərclər

41 000,0
3.

Azərbaycan Respublikasının 2005-ci il dövlət büdcəsinə transfer

150 000,0
4.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər

1 567,7
 
 
İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 
Bakı şəhəri 16 oktyabr 2006-cı il