Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2002-ci il büdcəsinin icrası haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (26.12.2003)

Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli, 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında" Əsasnaməyə və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli, 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun "İllik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları"na müvafiq olaraq, Azərbaycan Respublikasının Dövlət Neft Fondu tərəfindən Dövlət Neft Fondunun 2002-ci il büdcəsinin icrası ilə bağlı hesabat təqdim edilmişdir.

Həmin hesabata dair Dövlət Neft Fondunun Müşahidə Şurasının rəyini və Dövlət Neft Fondunun maliyyə fəaliyyətinin nüfuzlu beynəlxalq auditor təşkilatı tərəfindən keçirilmiş auditinin nəticələrini nəzərə alaraq, qərara alıram: 

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2002-ci il büdcəsinin 294 303 milyon manat və ya 24,9% artıq gəlirlə və 87 990,2 milyon manat və ya 16,8% kəsirlə icrası təsdiq edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 dekabr 2003-cü il