Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Nəyə görə Neft Fondu?

Azərbaycan Respublikası Dövlət Neft Fondu (bundan sonra Fond) beynəlxalq standartlara cavab verən, daim irəli istiqamətlənən, öz işçilərinin hərtərəfli inkişafına diqqət göstərən bir təşkilatdır. Fondun fəaliyyətində mühüm əhəmiyyət kəsb edən və daim diqqət mərkəzində olan məsələlərdən biri effektiv və şəffaf kadr siyasətinin həyata keçirilməsidir. Fondun kadr siyasəti Fondda yüksək ixtisaslı və peşəkar gənc kadr potensialının formalaşdırılmasına yönəldilmişdir. Hal-hazırda yerli ali məktəblərin məzunları ilə bərabər Fondda dünyanın bir çox ölkələrinin – ABŞ, İngiltərə, Fransa, BƏƏ, Macarıstan, Ukraynanın məşhur universitetlərində təhsil almış yüksək savadlı və təcrübəli kadrlar da çalışır.

Fond işçilərinin təhsilinə və inkişafına yüksək önəm verərək onlara müxtəlif yerli və xarici təşkilatların təşkil etdikləri treninqlərdə, seminarlarda və kurslarda iştirak etmək imkanı yaradır. Fondda təşkil edilmiş daxili onlayn kurslar vasitəsilə əməkdaşların bilik və səriştələrinin səviyyəsinin artırılmasına köməklik göstərilməsilə yanaşı, eyni zamanda onların fəaliyyətinin rəhbərlik tərəfindən qiymətləndirilməsinə əlavə şərait yaradılmışdır.

Fondun bugünkü və gələcək uğurları kollektivin birgə səylərinə və hər bir işçinin istəyinə bağlıdır. Məhz düzgün aparılmış siyasətin nəticəsində Fond qısa müddət ərzində yüksək nailiyyətlər əldə etmişdir.

Fondu seçməklə Siz peşəkar komandada işləmək və yüksək təcrübə qazanmaq imkanına malik olacaqsınız.