Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması

Azərbaycan Respublikasının Dövlət Neft Fondu 2001-ci ildən başlayaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üçün tədbirlərin həyata keçirilməsinə vəsait ayırır. Bu dövr ərzində Dövlət Neft Fondunun vəsaiti hesabına Ağdam, Füzuli, Biləsuvar, Goranboy, Sabirabad, Ağcabədi, Beyləqan, Qəbələ, Şəmkir, Ağstafa, İsmayıllı, Oğuz, Şəki, Gədəbəy rayonlarında, Naxçıvan Muxtar Respublikasında, Bakı, Sumqayıt, Yevlax şəhərlərində, Mehdiabad, Ramanı, Pirşağı və Fatmayı qəsəbələri ərazisində məcburi köçkünlər üçün yaşayış evlərinin, müvafiq sosial-mədəni və digər obyektlərin tikintisi həyata keçirilmişdir.  

2001-ci ildən 01.04.2012 tarixinədək olan dövr ərzində bu layihə üzrə tədbirlərə Fonddan ümumilikdə 906,5 milyon manat, o cümlədən cari ilin 1-ci rübü üzrə 48,7 milyon manat vəsait ayrılmışdır. Ayrılmış ümümi vəsait hesabına Azərbaycanın müxtəlif bölgələrində enerji, qaz, su təchizatı və digər zəruri sosial və texniki infrastruktur sistemləri ilə təmin edilən yeni yaşayış qəsəbələri salınmışdır.


Qeyd olunan tədbirlərin maliyyələşdirilməsi üçün ayrılan vəsaitlər Dövlət Neft Fondu tərəfindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, habelə Məcburi Köçkünlərin Sosial İnkişaf  Fondu tərəfindən təqdim edilmiş və müvafiq qaydada əsaslandırılmış sifarişləri əsasında adı çəkilən qurumların dövlət xəzinədarlığındakı hesablarına köçürülür və sonra sifarişçi təşkilatlar tərəfindən podratçı təşkilatlara ödənilir. Məcburi köçkünlərin sosial, mənzil-məişət vəziyyətinin yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi tədbirləri ilə bağlı işlərin sifarişçisi kimi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu çıxış edir. Sifarişçi təşkilat layihələrin icrasına cari nəzarəti həyata keçirir, müvafiq tenderlərin keçirilməsini və digər müvafiq prosedurların aparılmasını təmin edir, yerlərdə açılmış ofisləri vasitəsilə işlərin icrasını təşkil edir və əlaqələndirir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamlarının icrasına uyğun olaraq salınmış qəsəbələrdə tikintisi tamamlanmış evlər, sosial-mədəni və infrastruktur obyektlər üzrə 01.04.2012 tarixinə olan məlumat

Qanunverici aktlar

Ölçü vahidi

No 562,700

No 577,700

No 80

No 298

No 2475

No 1346

No 687

No 303

Cəmi

İcraçılar

 

ƏBYA

MKSİF

MKSİF

MKSİF

MKSİF

MKSİF

MKSİF

MKSİF

 

Qəsəbələr

ədəd

10

14

13

13

7

 

1

 

58

Binalar

ədəd

1

 

 

 

14

5

 

9

29

Evlər/mənzillər

ədəd

2 231

3 860

3 860

4 179

3 692

300

490

41

19 073*

Məktəblər

ədəd

6

12

15

7

9

 

1

2

52

Musiqi məktəbləri

ədəd

0

0

3

 

 

1

1

 

5

Uşaq bağçaları

ədəd

6

12

5

11

6

 

 

 

40

Xəstəxanalar

ədəd

1

1

1

1

1

 

 

 

5

Tibb məntəqəsi

ədəd

0

0

4

 

 

 

 

 

4

Ambulatoriya

ədəd

0

0

1

4

2

 

1

 

8

Feldşer-mama məntəqəsi

ədəd

5

11

4

2

1

 

 

 

23

İcma mərkəzi

ədəd

0

10

8

11

6

 

1

 

36

Yanğınsöndürmə deposu

ədəd

1

3

1

2

4

 

 

 

11

İnzibati bina

ədəd

4

10

10

11

9

 

1

 

45

Rabitə qovşağı

ədəd

1

10

7

11

3

 

1

 

33

Baytarlıq məntəqəsi

ədəd

0

0

3

3

2

 

 

 

8

Hamam

ədəd

3

14

12

2

 

 

 

 

31

İdman olimpiya kompleksi

ədəd

0

0

 

1

 

 

 

 

1

Artezian quyular

ədəd

3

37

124

12

25

 

 

6

207

Su anbarları

ədəd

31

38

4

18

22

 

4

12

129

Nasos stansiyası

ədəd

6

6

2

13

5

 

5

4

41

Yüksək gərginlikli iri və kiçik transformatorlar

ədəd

41

87

164

115

98

 

11

5

521

Elektrik yarımstansiyaları

ədəd

1

5

5

3

4

 

1

2

21

Yollar

km

66,0

136,0

132,0

150,8

108,239

 

17,0

3,2

613,252

Su xətti

km

63,0

100,0

131,0

111,7

149,793

 

24,0

9,4

588,883

Elektrik xətləri

km

141,0

213,0

212,0

227,7

302,080

 

20,0

9,4

1125,168

Qaz xətti

km

 

 

 

 

113,887

 

27,0

4,4

145,29

Kanalizasiya

km

 

 

 

 

2,034

 

25,0

2,8

29,818

İrriqasiya sistemi

ha

1630

3888

250

4105

500

 

80

 

10453


* Tikilməkdə olan Müəssisələr Müdiriyyəti tərəfindən 320 yarımçıq qalmış evin tikilib tamamlanması (Fərman № 562) və Naxçıvan MR ərazisində 100 evin tikintisi (Fərman № 132) daxil olmaqla.

 

Azərbaycan Respublikası Prezidentinin 22.08.01 tarixli 562 nömrəli Fərmanı üzrə

 

 Goranboy rayonunun Aşağı  Ağcakənd qəsəbəsində

 364 ev

 İsmayıllı rayonunda

 45 ev

 Şəmkir rayonunda

 126 ev

 Yevlax rayonunda

 65 ev

 Mehdiabad qəsəbəsi ərazisində

 108 ev

 Ramanı qəsəbəsi ərazisində

 160 ev

 Naxçıvan MR ərazisində

 53 ev, 48 mənzilli bina

 Sumqayıt şəhərində

 1 ev, 14 mənzilli bina

 Bakı şəhərində

 3 ev

 Gədəbəy rayonunda

 1 ev

 Oğuz rayonunda

 3 ev

 Şəki rayonunda

 2 ev

 Ağstafa rayonunda

 17 ev

 

 Bu rayonlarda və qəsəbələrdə evlərin tikintisi ilə bərabər infrastruktur və sosial-mədəni obyektlər də (su təchizatı, elektrik təchizatı, qaz, irriqasiya, yollar, abadlaşdırma işləri, drenaj sistemi, 3 məktəb, 3 feldşer-mama məntəqəsi, 1 inzibati bina) tikilmişdir.

 

 

Azərbaycan Respublikası Prezidentinin 01.10.04 tarixli 132 nömrəli Fərmanı üzrə (Naxçıvan MR ərazisində) - 100 ev

 

 

 

Azərbaycan Respublikası Prezidentinin 07.09.01 tarixli 577 nömrəli Fərmanı üzrə

 

 

 Ağdam rayonu ərazisində - 4 qəsəbədə 500 ev tikilmişdir.

 

 Quzanlı qəsəbəsində

 100 ev

 Xındırıstan qəsəbəsində

 100 ev

 Erqi qəsəbəsində

 150 ev

 Ayaq-Qərvənd qəsəbəsində

 150 ev

 

 Füzuli rayonu ərazisində 4 qəsəbədə 800 ev tikilmişdir.

 

 

 Bu rayonların ərazisində evlərin tikintisi ilə bərabər infrastruktur və sosial-mədəni  obyektlərdə (su təchizatı, elektrik təchizatı, irriqasiya, yollar, abadlaşdırma işləri, 6  məktəb, 6 uşaq bağçası, 8 hamam, 6 feldşer-mama məntəqəsi, 4 icma mərkəzi, 4 poçt  şöbəsi, 4 inzibati bina, 1 yanğın postu) tikilmişdir.

 

 

 

Azərbaycan Respublikası Prezidentinin 13.05.02 tarixli 700 №-li  Fərmanı üzrə

 

 

Füzuli rayonunun Haramı ərazisində 1221 ev tikilmişdir - 3 qəsəbə

 

 Bu rayonun ərazisində evlərin tikintisi ilə bərabər infrastruktur və sosial-mədəni obyektlər  də (su təchizatı, elektrik təchizatı, irriqasiya, yollar, abadlaşdırma işləri, 3 məktəb, 6 uşaq  bağçası, 1 xəstəxana, 2 feldşer-mama məntəqəsi, 1 poçt şöbəsi, 3 hamam, 3 inzibati bina,  1 yanğın postu) tikilmişdir.

 

   Biləsuvar rayonu ərazisində 2560 ev tikilmişdir - 6 qəsəbə

 

 Bu rayonun ərazisində evlərin tikintisi ilə bərabər infrastruktur və sosial-mədəni  obyektlər  də  (su təchizatı,elektrik təchizatı, irriqasiya, yollar, abadlaşdırma işləri, 6  məktəb, 6 uşaq  bağçası,  1 xəstəxana, 5 feldşer-mama məntəqəsi, 6 icma mərkəzi, 6  poçt şöbəsi, 6  hamam, 6 inzibati bina,  2 yanğın postu) tikilmişdir.

 

 

 

Azərbaycan Respublikası Prezidentinin 04.02.04 tarixli 80 nömrəli Sərəncamı üzrə

 

 

 Ağdam rayonunun 12 qəsəbəsində:

 

 Dördyol-1 və 
 Dördyol-2

 1321 ev, 4 məktəb, 1 musiqi məktəbi, 2 uşaq  bağçası, 2 inzibati bina, 1 poçt şöbəsi, 1  xəstəxana, 1 tibb məntəqəsi, 2 hamam, 2 icma  mərkəzi,1 baytarlıq məntəqəsi

 Təzəkənd

 340 ev, 1 məktəb, 1 uşaq bağçası, 1 inzibati  bina, 1 tibb məntəqəsi, 1 hamam, 1 icma  mərkəzi

 İmamqulubəyli

 165 ev, 1 məktəb, 1 inzibati bina, 1 hamam, 1  icma mərkəzi

 Quzanlı-1

 165 ev, 1 məktəb, 1 musiqi məktəbi, 1 inzibati  bina, 1 poçt şöbəsi, 1 feldşer-mama  məntəqəsi, 1 hamam, 1 icma mərkəzi, 1  baytarlıq məntəqəsi, 1 yanğın postu

 Qasımbəyli

 165 ev, 1 məktəb, 1 inzibati bina, 1 hamam, 1  icma mərkəzi

 Bənövşələr və Bənövşələr-1

 460 ev, 1 məktəb, 1 uşaq bağçası, 1 inzibati  bina, 1 poçt şöbəsi, 1 feldşer-mama  məntəqəsi, 1 hamam, 1 icma mərkəzi

 Baharlı

 836 ev, 2 məktəb, 1 musiqi məktəbi, 1 uşaq  bağçası, 1 inzibati bina, 1 poçt şöbəsi, 1 kənd  həkim ambulatoriya, 1 hamam, 1 icma  mərkəzi, 1 baytarlıq məntəqəsi

 Alıbəyli-1 və Alıbəyli-2

 214 ev, 2 məktəb, 1 inzibati bina, 1 poçt  şöbəsi, 1 feldşer-mama məntəqəsi, 1 tibb  məntəqəsi, 2 hamam

 Səfərli

 157 ev, 1 məktəb, 1 inzibati bina, 1 poçt  şöbəsi, 1 tibb məntəqəsi, 1 hamam

 Ağcabədi rayonu ərazisində - 1 qəsəbə

 37 ev, 1 məktəb, 1 poçt şöbəsi, 1 feldşer-  mama məntəqəsi, 1 hamam

Bu qəsəbələrdə evlərin və sosial-mədəni obyektlərin tikintisi ilə bərabər infrastruktur obyektləri də (su təchizatı, elektrik təchizatı, irriqasiya, yollar, abadlaşdırma işləri) tikilmişdir.

 

Azərbaycan Respublikası Prezidentinin 28.12.05 tarixli 346 nömrəli, 28.12.06 tarixli 505 nömrəli, 26.12.07 tarixli 687 nömrəli Fərmanlarına uyğun olaraq

 

 

 Bakı şəhəri ərazisində:

 

  Pirşağı qəsəbəsi ərazisində

  40 ev

  Ramanı qəsəbəsi ərazisində 1 qəsəbə

 450 ev, 1 icma mərkəzi, 1 musiqi məktəbi, 1 ədəd 360 şagirdlik məktəb, 1 ambulatoriya, 1   inzibati bina, 1 rabitə qovşağı, yollar, qaz,  kanalizasiya, drenaj, su və elektrik təchizatı sistemləri tikilmişdir.

 

 

Azərbaycan Respublikası Prezidentinin 01.07.04 tarixli 298 nömrəli Sərəncamı üzrə

 

 Sabirabad rayonunda 1 qəsəbə

 161 ev, 1 məktəb, 1 uşaq bağçası, 1 FMM, 1 icma  mərkəzi, 1 inzibati bina, 1 hamam, 1 poçt şöbəsi və  infrastruktur obyektləri (su, elektrik, irriqasiya, yollar,  abadlaşdırma)

 Ağdam rayonunda 1 qəsəbə

 35 ev və infrastruktur obyektləri (su, elektrik,  yollar,    abadlaşdırma)

 Biləsuvar rayonunda 5 qəsəbə

 1858 ev, 5 uşaq bağçası, 5 icma mərkəzi, 5 inzibati  bina, 5 poçt şöbəsi, 1 baytarlıq məntəqəsi, 1 yanğın  postu və infrastruktur obyektləri (su, elektrik,  irriqasiya, yollar, abadlaşdırma)

 Füzuli rayonunda 5 qəsəbə

 2104 ev, 5 məktəb, 5 uşaq bağçası, 5 icma  mərkəzi, 5 inzibati bina, 5 poçt şöbəsi, 4  ambulatoriya, 1 xəstəxana, 1 yanğınsöndürmə deposu  və infrastruktur obyektləri (su, elektrik, irriqasiya,  yollar, abadlaşdırma)

 Ağcabədi rayonunda 1 qəsəbə

 21 ev, 1 məktəb, 1 FMM, 1 hamam, 1 baytarlıq  məntəqəsi və infrastruktur obyektləri (su, elektrik,  irriqasiya, yollar, abadlaşdırma)

 

 

AR Prezidentinin 31.10.07 tarixli 2475 nömrəli Sərəncamının 1.1, 1.2, 1.4 və 1.5 bəndləri üzrə

 Beyləqan rayonu ərazisində 1 qəsəbə

 500 ev, 1 məktəb, 1 uşaq bağçası, 1 icma  mərkəzi, 1 inzibati bina, 1 poçt şöbəsi, 1  xəstəxana, 1 baytarlıq məntəqəsi, 1  yanğınsöndürmə deposu və infrastruktur  obyektləri (su, elektrik, irriqasiya, yollar,  abadlaşdırma)

 Goranboy rayonu ərazisində 4 qəsəbə    

 500  ev, 4 məktəb, 1 uşaq bağçası, 1 icma  mərkəzi, 4 inzibati bina, 1 poçt şöbəsi, 1  FMM, 1 baytarlıq məntəqəsi, 1  yanğınsöndürmə deposu və infrastruktur  obyektləri (su, elektrik, yollar,  abadlaşdırma)      

 Goranboy rayonu ərazisində 1 qəsəbə

 596 ev,1 məktəb,1 yanğınsöndürmə deposu,  1  uşaq bağçası, 1 icma mərkəzi, 1 inzibati  bina,  1 poçt şöbəsi, 1 ambulatoriya və  infrastruktur  obyektləri (su, daxili elektrik  təchizatı, qaz  təchizatı, yollar) tikilmişdir

 Ağdam rayonu ərazisində 1 qəsəbə

 689 ev, 1 məktəb, 1 uşaq bağçası, 1 icma  mərkəzi, 1 inzibati bina və infrastruktur  obyektləri (su, daxili elektrik təchizatı, qaz  təchizatı, yollar) tikilib istifadəyə verilmişdir.

 Yevlax şəhəri ərazisində məhəllə

5 mərtəbəli, 60 mənzilli 9 bina və 75 mənzilli 1 bina, 1 məktəb, 1 uşaq bağçası, 1 icma mərkəzi, 1 inzibati bina, infrastruktur obyektləri(su, daxili elektrik təchizatı, qaz təchizatı, yollar) tikilib istifadəyə verilmişdir.

Ağcabədi rayonu ərazisində 1 qəsəbədə

552 ev,1 məktəb, 1 yanğınsöndürmə deposu, 1 uşaq bağçası, 1 inzibati bina, 1 icma mərkəzi, 1 ambulatoriya və infrastruktur obyektləri (su, daxili elektrik təchizatı, xarici elektrik təchizatı) tikilib istifadəyə verilmişdir.

Ağcabədi rayonu ərazisində məhəllə

5 mərtəbəli, 60 mənzilli 4 bina və su təchizatı şəbəkəsi tikilib istifadəyə verilmişdir.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.07 tarixli 303s №-li Sərəncamı üzrə

 

 Fatmayı bələdiyyəsi ərazisində 

 15 evdən ibarət məhəllə, yollar, qaz,    kanalizasiya, su və elektrik təchizatı sistemləri tikilmişdir.

 Göygöl rayonu ərazisində

 26 evdən ibarət məhəllə, yollar, su və elektrik təchizatı sistemləri tikilmişdir.

 Bakı şəhərində 2 № -li ETK ərazisində  salınmış məhəllədə

 364 mənzildən ibarət 6 ədəd 9 mərtəbəli yaşayış evləri, 1 ədəd məktəb, infrastruktur  obyektləri (yollar, qaz, kanalizasiya, su və  elektrik təchizatı sistemləri, abadlaşdırma)  istifadəyə verilmişdir.

 Abşeron rayonu Ramanı qəsəbəsi ərazisində

 5 mərtəbəli, 70 mənzilli yaşayış binası, infrastruktur obyektlər (yollar, qaz, kanalizasiya, drenaj, su və elektrik təchizatı sistemləri, abadlaşdırma) ilə birlikdə istifadəyə verilmişdir.

 Qəbələ rayonu ərazisində

 155 mənzildən ibarət 2 ədəd 5 mərtəbəli yaşayış binaları, 1 ədəd məktəb, infrastruktur  obyektlər (yollar, qaz, kanalizasiya, su və  sahədaxili elektrik təchizatı sistemləri,  abadlaşdırma) ilə birlikdə istifadəyə verilmişdir.

AR Prezidentinin 21.02.2011 tarixli 1346 nömrəli Sərəncamının 1.2 bəndi üzrə

Goranboy şəhəri ərazisində məhəllə

5 mərtəbəli 60 mənzilli 5 bina və 1 musiqi məktəbi tikilib istifadəyə verilmişdir.