Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi

 

“Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinin əsas məqsədi Bakı və Sumqayıt şəhərlərinin su təchizatı sistemləri üçün sabit su sərfinə malik etibarlı su mənbəyi yaratmaq, suyun nəqlində mövcud enerji sərfini aradan qaldırmaq və bunun müqabilində   25 MVT gücündə enerji istehsal etməkdir.  


“Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinin idarə edilməsi və sifarişçisi funksiyalarının icrası Azərbaycan Respublikası Nazirlər Kabinetinin (ARNK) 24 fevral 2006-cı il tarixli   42s saylı Sərəncamına əsasən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə (AMST ASC) tapşırılmışdır. Layihənin idarə edilməsini təmin etmək məqsədilə ARNK-nın 23 dekabr 2005-ci il tarixli 411s saylı Sərəncamına əsasən işçi qrup yaradılmışdır.

“Samur-Abşeron kanalı sistemi üzrə Uzunmüddətli Strategiya və Texniki-İqtisadi Əsaslandırma” 2004-cü ildə Yaponiyanın "Nippon Koei" və yerli "Sulako" şirkətləri tərəfindən hazırlanmışdır.

30.09.2017-ci il tarixinə Dövlət Neft Fondundan layihənin maliyyələşdirilməsinə dair müqavilələr üzrə ümumilikdə 1 349,1 milyon manat, o cümlədən 2017-ci ilin üç rübü ərzində 39,5 milyon manat vəsait istifadə olunmuşdur.

“Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinin tikintisi ümumilikdə AMST ASC-nin sifarişi əsasında aşağıdakı işlər çərçivəsində həyata keçirilməkdədir:

 
I mərhələ:
 
1.  “Taxtakörpü su anbarının su elektrik stansiyası ilə birgə tikintisi” obyektləri üzrə ümumilikdə, 564,7 milyon manat, o cümlədən, “Texniki və tender sənədlərinin hazırlanması” işləri üçün 0,1 milyon manat, “Kompensasiyaların ödənilməsi” üçün 2,4 milyon manat,  “Yanaşma yollarının tikintisi” məqsədilə 7,99 milyon manat,  “Tikinti zolağına düşən ərazidə məskunlaşmış əhalinin köçürülməsi” üçün  Şabran (Dəvəçi) rayonunun Güləmli qəsəbəsində 70 evin tikintisi məqsədilə 1,5 milyon manat, “Tikinti zolağına düşən neft və qaz kəmərinin köçürülməsi” işləri üzrə 20,0 milyon manat və  “Taxtakörpü su anbarının Su Elektrik Stansiyası ilə birgə tikintisi” obyekti üzrə 532,7  milyon  manat  məbləğində vəsait tam istifadə olunmuşdur.
 
2. “Taxtakörpü-Ceyranbatan kanalının tikintisi” obyektləri üzrə ümumilikdə, 406,2 milyon manat, o cümlədən, “Texniki və tender sənədlərinin hazırlanması” işləri üzrə 1,7 milyon manat, “Kompensasiyaların ödənilməsi” məqsədilə 2,8 milyon manat və “Taxtakörpü-Ceyranbatan kanalının tikintisi” obyekti üzrə 401,7 milyon manat məbləğində vəsait tam istifadə olunmuşdur.
 
3. “Vəlvələçay-Taxtakörpü kanalının tikintisi” üzrə Azərbaycan Respublikası hökuməti ilə İslam İnkişaf Bankı, Səudiyyə İnkişaf və OPEC Beynəlxalq İnkişaf Fondları arasında 42,6 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalanmış, 2009-cu ilin 4-cü rübündən etibarən Vəlvələçay-Taxtakörpü kanalının bir hissəsinin tikintisi Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilməyə başlanılmışdır. Neft Fondu tərəfindən bu obyektin tikintisinə 167,0 milyon ABŞ dolları məbləğində vəsait ayrılmış və tam istifadə olunmuşdur. 
 
“Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi çərçivəsində Tахtаkörpü su аnbаrı, Vəlvələçаy-Tахtаkörpü və Tахtаkörpü-Cеyrаnbаtаn kаnаllаrının tikintisi bаşа çаtdırılmış və AR Prеzidеntinin  iştirаkı ilə  28 sеntyаbr 2013-cü il tаriхində açılış mərаsimi оlmuşdur. "AMST" ASC–nin 08 may 2014-cü il tarixli 019Ü saylı əmri ilə Dövlət qəbul komissiyası yaradılmış və Komissiyanın 12 noyabr 2014-cü tarixli aktı ilə  Taxtakörpü su anbarı su elektrik stansiyası ilə birgə tikintisi obyekti, Taxtakörpü su anbarına yanaşma avtomobil yollarının tikintisi, Vəlvələçay-Taxtakörpü, Taxtakörpü-Ceyranbatan kanalları istismara qəbul edilmişdir.
 
II mərhələ:
 

4. “Şimal çaylarında sugötürən qurğuların və nəqledici kanalların tikintisi” obyekti. 

4.1. Texniki və tender sənədlərinin hazırlanması. 

Bu obyekt üzrə işçi-layihə və tender sənədlərinin hazırlanması işlərinin satınalınmasına dair “AMST” ASC və Türkiyənin “Təməlsu” Beynəlxalq Mühəndislik xidmətləri ilə 30 oktyabr 2013-cü il tarixində 3,4 milyon manat məbləğində müqavilə imzalanmışdır. Bu müqavilə üzrə vəsait tam istifadə olunmuşdur.

4.2. “Şimal çaylarında sugötürən qurğuların və nəqledici kanalların tikintisi” (1-ci növbə üzrə Qusarçay, Qudyalçay və Caqacuq çayları) obyekti.

Bu obyekt üzrə işlərin satınalınmasına dair “AMST” ASC və “Evrascon” ASC ilə 30 iyun 2014-cü il tarixində 56,3 milyon manat məbləğində müqavilə imzalanmışdır. Bu müqavilə üzrə ümumilikdə 53,1 milyon manat vəsait istifadə olunmuşdur. Bu müqavilə üzrə 2017-ci ilin üç rübü ərzində ödəniş baş verməmişdir.

5. “Şabran, Siyəzən və Xızı rayonlarının ərazisində mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi” obyekti. 
 
5.1. Texniki və tender sənədlərinin hazırlanması. Texniki və tender sənədlərinin hazırlanması. 15.04.2014-cü il tarixində “AMST” ASC və Türkiyənin “Təməlsu” Beynəlxalq Mühəndislik xidmətləri ilə “Şabran, Siyəzən və Xızı rayonlarının ərazisində mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi” obyekti üzrə işçi-layihə və tender sənədlərinin hazırlanması işlərinin satınalınmasına dair 8,95 milyon manat məbləğində müqavilə imzalanmışdır. Bu müqavilə üzrə vəsait tam istifadə olunmuşdur.
 
5.2Xızı rayonu ərazisində mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi və SAK sisteminə birləşdirici kanalın tikintisi.Bu obyekt üzrə işlərin satınalınmasına dair “AMST” ASC və “Evrascon” ASC ilə 12 noyabr 2014-cü il tarixində 89,4 milyon manat məbləğində müqavilə imzalanmışdır. Bu müqavilə üzrə ümumilikdə 62,0 milyon manat vəsait istifadə olunmuşdur. Bu müqavilə üzrə 2017-ci ilin yanvar-sentyabr ayları ərzində 3,3 milyon manat vəsait istifadə olunmuşdur.
 
5.3Siyəzən rayonunun ərazisində mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi. Bu obyekt üzrə işlərin satınalınmasına dair “AMST” ASC və “Körpü-Bina-Tikinti” MMC ilə 14 yanvar 2015-ci il tarixində 6,9 milyon manat  (1-ci mərhələ) və 04 iyul 2015-ci il tarixində 61,3 milyon manat (2-ci mərhələ) məbləğində müqavilələr imzalanmışdır. Hər iki müqavilələr üzrə ümumilikdə 60,1 milyon manat, o cümlədən cari ilin üç rübü ərzində 1-ci mərhələ üzrə vəsait istifadə olunmamış, 2-ci mərhələ üzrə 9,5 milyon manat vəsait istifadə olunmuşdur.
 
5.4. “Şabran, Siyəzən və Xızı rayonları ərazisində mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi” layihəsinə daxil olan SAK sisteminin qidalandırıcı-birləşdirici kanalın tikintisi” obyekti. Bu obyekt üzrə işlərin satınalınmasına dair “AMST” ASC ilə “Evrascon” ASC arasında 14 avqust 2015-ci il tarixində 4,7 milyon manat məbləğində müqavilə imzalanmışdır.  Bu müqavilə üzrə ümumilikdə 4,4 milyon manat istifadə olunmuşdur. Bu müqavilə üzrə cari ilin üç rübü ərzində ödəniş baş verməmişdir.
 
5.5. “Şimal çaylarında sugötürən qurğuların və nəqledici kanalların tikintisi” və “Şabran, Siyəzən və Xızı rayonlarının ərazisində mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi” obyektlərinin tikintisinə məsləhətçi xidmətlərinin yerinə yetirilməsi.  Bu işlərin satın alınmasına dair “AMST” ASC ilə Türkiyənin “Təməlsu” Beynəlxalq Mühəndislik xidmətləri Anonim Şirkəti arasında 27 avqust 2014-cü il tarixində 3,2 milyon manat məbləğində müqavilə imzalanmışdır. Bu müqavilə üzrə ümumilikdə 1,2 milyon manat, o cümlədən 2017-ci ilin üç rübü ərzində 0,35 milyon manat vəsait istifadə olunmuşdur.
 
5.6. “Şabran, Siyəzən və Xızı rayonlarının ərazisində mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi” (Şabran rayonu üzrə) obyekti. Bu obyekt üzrə işlərin satınalınmasına dair “AMST” ASC ilə “Azneftmaş” ASC arasında 09 sentyabr 2016-ci il tarixində 228,4 milyon manat məbləğində müqavilə imzalanmışdır. Bu müqavilə üzrə ümumilikdə 44,9 milyon manat, o cümlədən cari ilin üç rübü ərzində 25,8 milyon manat vəsait istifadə olunmuşdur.
 
5.7. “Siyəzən rayonunun ərazisində mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi və SAK sisteminə birləşdirici kanalın tikintisi” (əlavə meliorativ təqdbirlər) obyekti. Bu obyekt üzrə işlərin satınalınmasına dair “Evrascon” ASC ilə “Avro-Asiya İnşaat Korporasiyası” ASC arasında 28 iyul 2016-ci il tarixində 9,9 milyon manat məbləğində müqavilə imzalanmışdır. Bu müqavilə üzrə 2017-ci ilin üç rübü ərzində ödəniş baş verməmişdir. 
6. Layihənin İşçi Qrupunun saxlanılması.

Bu günə qədər layihəni idarə edən işçi qrupunun saxlanılması üçün ümumilikdə 4,7 milyon manat vəsait ayrılmışdır.İşçi qrupunun saxlanılması üçün cari iliərzində 235,873 min manat məbləğində vəsait ayrılmışdır.