Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
“Cənub Qaz Dəhlizi” QSC-nin nizamnamə kapitalında dövlətin iştirak payının maliyyələşdirilməsi

“Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənubi Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2014-cü il tarixli 287 saylı Sərəncamının (Sərəncam) icrasına uyğun olaraq “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri layihələrinin idarə edilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən nizamnamə kapitalı 100 milyon ABŞ dolları məbləğində olan və səhmlərinin 51 faizi dövlət mülkiyyətində, 49 faizi Dövlət Neft Şirkətinə məxsus  olan “Cənub Qaz Dəhlizi” qapalı səhmdar cəmiyyəti (Cəmiyyət) təsis edilmişdir.

Sərəncamın 2-ci bəndində müəyyən edildiyi kimi,  Dövlət Neft Fonduna Cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsi, eləcə də Cəmiyyətə keçən layihələrdəki iştirak paylarının maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin, geri qaytarılmaq şərti ilə Cəmiyyətə uzunmüddətli investisiya edilməsi  tapşırılmışdır.  Cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin sahibliyi və idarə edilməsi İqtisadiyyat və Sənaye Nazirliyinə (İSN) həvalə edilmişdir. Həmin səhmlər üzrə dividendlər Dövlət Neft Fonduna köçürüləcəkdir.

14 aprel (in English version it is 17 April )  2014-cü il tarixində Dövlət Neft Fondu tərəfindən Cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan hissəsinin maliyyələşdirilməsini təmin etmək  məqsədilə 51 milyon ABŞ dolları və yaxud 40 milyon manat məbləğində vəsait İqtisadiyyat və Sənaye Nazirliyinin dövlət xəzinədarlığındakı müvafiq hesabına köçürülmüşdür.
 
Qeyd edilən Sərəncama əsasən Dövlət Neft Fondu tərəfindən 2014-cü il ərzində Cəmiyyətə keçən layihələrdəki iştirak paylarının maliyyələşdirilməsi üçün 2,517 milyard ABŞ dolları məbləğində vəsait geri qaytarılmaq şərti ilə Cəmiyyətə uzunmüddətli investisiya edilmişdir. 
 
Layihələrin həyata keçirilməsi üzrə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının Layihələrin Cəmiyyət tərəfindən maliyyələşdirilməsi mexanizminin müəyyənləşdirilməsi haqqında ki 9 iyul 2014-cü il tarixli Qərarının ikinci bəndinə əsasən 2015-ci ildən etibarən Layihələrin maliyyələşdirilməsi Cəmiyyətin nizamnamə kapitalının İSN və ARDNŞ məxsus paylarının faiz nisbətinin qorunması şərtilə hər iki aydan bir artırılması şəklində Səhmdarlar tərəfindən həyata keçirilməsi qərara alınmışdır. Bununla bağlı,31.03.2017 tarixə qədər Cəmiyyətin Müşahidə Şurasının və Ümumi Yığıncağının müvafiq qərarlarına əsasən nizamnamə kapitalı 2 415,8  milyon ABŞ dolları məbləğinə qədər artırılmışdır. Belə ki, Dövlət Neft Fondu tərəfindən Cəmiyyətin nizamnamə kapitalının artırılması üçün ümumilikdə 1 232.1 milyon ABŞ dolları (51%) vəsaiti ayrılmışdır, lakin 2017-ci ilin 1-ci rübü ərzində İqtisadiyyat Nazirliyi tərəfindən Cəmiyyətin nizamnamə kapitalının artırılması üçün müraciət edilmədiyindən sözügedən rüb ərzində Dövlət Neft Fondu tərəfindən layihəyə vəsait ayrılmamışdır.