Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
2009-cu il yanvarın 28-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda keçirilmiş mətbuat konfransında Dünya Bankının Suveren İnvestisiyalar üzrə Əməkdaşlıq Departamentinin direktoru Cennifer Conson-Kalarinin çıxışı

 

Xoş sözlərinizə görə təşəkkürümü bildirirəm. 

Son iki il ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ilə əməkdaşlıq Dünya Bankı üçün böyük şərəf və məmnunluqdur. Çox güman siz bilirisiniz ki, Euromoney jurnalının yanvar buraxılışında qeyd edildiyi kimi ölkənin maliyyə vəsaitlərinin investisiya edilməsi üçün etibarlı investisiya idarəetmə platforması qurmaqla əlaqədar Neft Fondu dünyada tanınır. Bizim Neft Fondu ilə əlaqələrimizin əsası birgə əməkdaşlıqdan ibarətdir. Bildiyiniz kimi Azərbaycan Dünya Bankının səhmdarlarındandır. Biz üzv ölkələrimizin birgə mülkiyyəti olan kooperativ təşkilatıq. Biz, xəzinədarlığımız vasitəsilə Dünya Bankının və ARDNF də daxil olmaqla, digər rəsmi qurumların 80 milyard dollar həcmində vəsaitini idarə edirik. Bizim vəsaitlərin idarəedilməsi sahəsində 30-40 il ərzində formalaşdırdığımız  "nou-hau" da bizim üzv ölkələrimizə aiddir.  Təcrübə mübadilələri və təlimlərin keçirilməsi sahəsində bizim əməkdaşlığımız məhz bu prinsipə əsaslanır. 

Son iki il ərzində biz ARDNF-nin gənc və istedadlı əməkdaşları, portfel menecerləri, risk menecerləri, hesablaşmalar və əməliyyatlar üzrə mütəxəssislər, daxili auditorlar ilə işləmişik. Onlar bizim Vaşinqtondakı qərargahda intensiv treyninqlərdə iştirak ediblər. Biz Bakıya konsaltinq xidmətləri göstərməyə gəlmişdik. ARDNF-nin ilk əvvəl etibarlı investisiya idarəetmə platformunun yaradılması üzərində qurulmuş konservativ investisiya siyasəti həyata keçirməsi çox düzgün addım olmuşdur. Uoll Stritdə bir sıra şirkətlərin və digər investorların etdiyi səhvlərdən ARDNF yayına bilmişdir, yəni Kollateralizasiya Edilmiş Borc Öhdəlikləri (CDO) və sair mürəkkəb strukturlu və çətin anlaşılan alətlərə investisiyalar etməmişdi. Lakin indi Fondun qarşısında başqa bir vəzifə, aktivlərin diversifikasiyası və daha mürəkkəb aktivlərə keçidin başlanması məsələsi dayanır. Bu azərbaycan xalqına uzun müddətli investisiya dövründə daha yüksək gəlir əldə etmək imkanı yaradacaq. Bu çətin yalnız həll olunması vacib olan bir problemdir. Gələcəkdə yüksək gəlir əldə etmək üçün daha riskli aktivlərə keçməyə ehtiyac yaranacaq. Azərbaycan xalqı və azərbaycan mediası başa düşməlidir ki, ARDNF uzunmüddətli investordur və daha yüksək gəlir əldə etmək üçün ARDNF-in gəlirliliyini daha uzunmüddətli intervallarla qiymətləndirmək üçün səbr lazımdır. Mən çıxışımı sona çatdıraraq cənab Şahmar Mövsümova burada sizinlə danışmağıma şərait yaratdığına görə təşəkkürümü bildirirəm.