Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Neft Fondunun İcraçı Direktoru 2009-cu ilin ilk 6 ayının yekunlarına dair mətbuat konfransı keçirib

2009-cu il iyulun 24-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru Şahmar Mövsümov mətbuat konfransı keçirmişdir. O, Fondun 2009-cu ilin ilk altı ayı üzrə investisiya fəaliyyətinə dair təqdimatla çıxış etmiş və kütləvi informasiya vasitələri nümayəndələrinin suallarını cavablandırmışdır.

 

 

 

Ş. Mövsümov mətbuat konfransında Neft Fondunun 2009-cu ilin ilk altı ayı ərzində gəlir və xərcləri barədə hesabatını açıqlamışdır:

 

 

 

Azərbaycan Respublikası Dövlət Neft Fondu bildirir ki, 2009-cu ilin yanvar-iyun ayları ərzində Neft Fondunun büdcə gəlirləri 3 156,3 milyon manat, büdcə xərcləri isə 2 685,7 milyon manat təşkil etmişdir.

 

 
2009-cu ilin yanvar-iyun ayları ərzində Dövlət Neft Fondunun neft sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 2 989,3 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 2 907,6 milyon manat, tranzit gəlirləri 5 milyon manat, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsi üzrə dividentlərdən 75,5 milyon manat, akrhesabı ödənişləri 1,1 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,1 milyon manat təşkil etmişdir.

 

 
Ötən 6 ay ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlir 167 milyon manata bərabər olmuşdur.

 

 

 

Valyuta məzənnələrinin dəyişməsindən yaranan müsbət fərq ilə bağlı Fondun büdcədənkənar gəlirləri  100,5 milyon manat təşkil etmişdir.

 


Hesabat dövrü ərzində Neft Fondunun 2009-cu il büdcəsinin icrası çərçivəsində 2 530,0 milyon manat vəsait dövlət büdcəsinə transfer edilmişdir. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 20,2 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişi layihələrinin maliyyələşdirilməsi məqsədilə isə müvafiq olaraq 61,9 milyon manat və 68,5 milyon manat vəsait ayrılmışdır. 1,1 milyon manat "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə yönəldilmişdir. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə Neft Fondundan 1,3 milyon manat vəsait ayrılmışdır. 2009-cu ilin ilk 6 ayı ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 2,7 milyon manat olmuşdur.

 

 

 

2009-cu il iyulun 1-ə Fondun aktivləri ilin əvvəlinə nisbətən 6,35 % artaraq 9 557,7 milyon manata (11 886,4 milyon ABŞ dolları) bərabər olmuşdur.