Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Elanlar

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) xarici kapital bazarlarında özəl səhm investisiyaları üzrə məlumat bazasına çıxışın təmin edilməsi məqsədi ilə analitik proqram təminatının seçilməsi və qurulması üçün “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təkliflər sorğusu metodu ilə satınalma proseduru keçirir.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) əməkdaşlarının tibbi sığortalanması üzrə açıq tender üsulu ilə keçirilmiş satınalma müsabiqəsinin nəticələrinə əsasən Tender Komissiyasının 24 dekabr 2013-cü il tarixli qərarı ilə “Alfa Sığorta” ASC tenderin qalibi elan edilmiş və 28 dekabr 2013-cü il tarixində ARDNF ilə “Alfa Sığorta” şirkəti arasında müvafiq satınalma müqaviləsi imzalanmışdır.

Hasilatın Pay Bölgüsü Sazişləri çərçivəsində çalışan xarici neft şirkətləri tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) təhvil verilmiş aktivlər sırasından qaynaq avadanlığı, neft və qaz quyularında qazma işlərinin aparılması üçün böyük çeşiddə elementlər, eləcə də ehtiyat hissələri və digər aktivləri əldə etmək niyyətində olan şəxslər 27 dekabr 2013-cü ilə qədər ARDNF-ə müraciət edə bilərlər.

Sifarişçi Azərbaycan Respublikasının Dövlət Neft Fondu (“ARDNF”)  aşağıdakı malların kotirovka sorğusu üsulu ilə satın alınması niyyətindədir:  Azərbaycan Respublikası Dövlət Neft Fondunun tikilməkdə olan yeni binasında yaradılacaq kitabxana üçün ingilis dilində maliyyə, hüquq, politologiya, diplomatiya, neft strategiyası və s. mövzularında olan kitablar.

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Tibbi sığorta xidmətlərinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR


 
« 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 »