Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
BİLDİRİŞ - 20.06.2017.

Azərbaycan Respublikası Dövlət Neft Fondu (bundan sonra - ARDNF) "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun V Fəslində müəyyən edilmiş xidmət təkliflərinin cəlb olunması üsulu ilə füçers müqavilələrinin tətbiq edilməsində klirinq və icra xidmətləri üzrə xidmət təklifləri sorğusu (bundan sonra - XTS) elan edir.

Klirinq və icra brokerləri (brokerlər) aşağıdakı tələblərə cavab verməlidir:

-     Klirinq brokeri kimi CME Goup-un üzvü olması;
-     Füçers komissiya taciri kimi National Futures Association (NFA) üzvü olması;
-  Brokerin (Brokerin kredit reytinqi olmadığı halda onun ana şirkətinin) kredit reytinqinin investisiya dərəcəsindən aşağı olmaması;
-     satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması;
-     öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması;
-  müflis elan olunmaması, əmlakı üzərində həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;
-  Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması;
-   son beş il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, quluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi.
 
Maraqlanan şirkətlər XTS-i əldə etmək üçün aşağıdakı əlaqələndirici şəxslərə müraciət edə bilərlər:
 
Bayazid Məlikov, treyder
Tel: +994 (12) 498 77 53 (daxili 1607)
Elektron ünvan: bmalikov@oilfund.az
 
Rüstəm Muradov, treyder
Tel: +994 (12) 498 77 53 (daxili 1610)
Elektron ünvan: rmuradov@oilfund.az
 
Fax: +994 (12) 565 87 55
 
Təkliflər 1 avqust 2017-ci il yerli vaxtla 17:00 - dan gec olmayaraq ARDNF-in yerləşdiyi Bakı şəhəri, Heydər Əliyev prospekti 165 nömrəli ünvana təqdim edilməlidir.