Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Tender Elanı 15.05.2018

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF)
aşağıdakı lotlar üzrə
AÇIQ TENDER ELAN EDİR
 
 
Lot  1: Fiziki təhlükəsizlik sistemi üzrə avadanlıqlar üçün ehtiyat hissələrin satın alınması;
Lot 2: Təhlükəsizlik siqnalizasiyası sistemləri üçün (Simplex, Bosch) avadanlıqların və ehtiyat hissələrin satın alınması;
Lot 3: Fiziki təhlükəsizlik üzrə mühəndis texniki avadanlıqlarının ehtiyat hissələrinin satın alınması;
Lot 4: Mülki müdafiə avadanlıqlarının satın alınması;
Lot 5: Loqlar üçün saxlancın (artırılması) satın alınması;
Lot 6: Bakı şəhəri ərazisində yerləşənmərkəzlər üzrəFondun əməkdaşları üçün bədən tərbiyyəsi və idman xidmətlərinin satın alınması;
Lot 7: Elektron sənəd dövriyyəsi üçün proqram təminatının satın alınması;             
Lot 8: İnformasiya texnologiyaları avadanlıqlarının və ehtiyat hissələrinin satın alınması;
Lot 9: İnformasiya texnologiyaları sistemlərinə (saxlanc avadanlıqları, müraciətlərin balanslaşdırılma sistemi, professional iclas avadanlıqları, İP telefoniya, virtual platforma, elektron məktub, İT təhlükəsizlik sistemləri və s.) texniki xidmətin satın alınması;
Lot 10: Tərcümə mərkəzləri üzrə yazılı və sinxron tərcümə xidmətlərinin əldə olunması;
Lot 11: 1 ədəd BMW 740 li model avtonəqliyyat vasitəsinə texniki xidmətin (ehtiyyat hissələri və sürtgü materialları daxil olmaqla) satın alınması;
Lot 12: 2 ədəd Toyota camry və 2 ədəd Toyota corolla model avtonəqliyyat vasitələrinə texniki xidmətin (ehtiyyat hissələri və sürtgü materialları daxil olmaqla) satın alınması;
Lot 13: 1 ədəd Mazda 6 model avtonəqliyyat vasitəsinə texniki xidmətin (ehtiyyat hissələri və sürtgü materialları daxil olmaqla) satın alınması;
Lot 14: 1 ədəd Volkswagen amarok model avtonəqliyyat vasitəsinə texniki xidmətin (ehtiyyat hissələri və sürtgü materialları daxil olmaqla) satın alınması;
Lot 15: Bayraq dirəklərinə texniki xidmətin (bayraqların kimyəvi təmizlənməsi və bərpası daxil olmaqla)  satın alınması;
Lot 16: Trane markalı havalandırma qurğuları (Fan coil) üçün ehtiyyat hissələrinin satın alınması.

ARDNF Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1999-cu il tarixli, 240 №-li Fərmanı ilə yaradılmış dövlət təsisatıdır. ARDNF barədə məlumatlarla http://www.oilfund.az ünvanında yerləşən internet səhifəsində tanış olmaq olar.

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən açıq tender ARDNF üçün malların, işlərin və xidmətlərin satın alınmasını əhatə edir.

Lot 1-16 üzrə tender prosedurları 04 iyul 2018-ci il yerli vaxtla saat 10.00-da, ARDNF-in yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165 ünvanında tender təkliflərinin (zərflərinin) açılması ilə başlanacaqdır.

Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:

tenderdə iştirak etmək üçün ərizə;

podratçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

podratçının ixtisas göstəricilərinə dair məlumat;

tender təklifi (tender təklifinin qiymətinin 1 faizi həcmində tender təklifinin təminatı (bank zəmanəti) ilə birlikdə);

podratçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı.

Podratçılardan tələb olunan sənədlər 21 iyun 2018-ci il, yerli vaxtla saat 18:00-a qədər faks, elektron poçt və ya adi poçtla, tender təklifləri isə hər lot üzrə ayrı-ayrı zərflərdə olmaqla 03 iyul 2018-ci il, yerli vaxtla saat 18:00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165 ünvanda yerləşən ARDNF-ə təqdim edilməlidir.

Tenderin Əsas Şərtlər Toplusu Azərbaycan dilində tərtib olunmuşdur.

Lot 1 – 10 üzrə iştirak haqqı 100 (yüz) manat, Lot 11 – 16 üzrə iştirak haqqı 50 (əlli) manat məbləğində müəyyən edilmişdir. Tenderin Əsas Şərtlər Toplusu tenderdə iştirak edən podratçılara müvafiq lot üzrə iştirak haqqı göstərilən hesaba ödənildikdən sonra təqdim ediləcəkdir.

Azərbaycan Respublikası Dövlət Neft Fondu

Ünvan: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165

VÖEN: 9900041961
H/h:AZ84NABZ01360400000000001944

Bank: Azərbaycan Respublikası Mərkəzi Bankı

Kod: 501004
VÖEN: 9900071001
M/h: AZ74NABZ01451700000000001944

S.W.I.F.T bik: NABZAZ 2C  

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Podratçıların səlahiyyətli nümayəndələri tender təkliflərinin (zərflərin) açılmasında iştirak edə bilərlər.

Tender ilə əlaqədar suallar və sorğular TSK2017@oilfund.az ünvanlı elektron poçta və ya (+994 12) 565 87 55 nömrəli faksa göndərilə bilər. Əlaqə telefonu: (+994 12) 498 77 53 əlaqələndirici şəxslər Lot 1-5 üzrə Nailə Məmmədli (dax.: 9005), Lot 6 üzrə Səidə Ağayeva (dax.:8001), Lot 7 üzrə Çəməngül Mustafayeva (dax.: 1001), Lot 8-9 üzrə Orxan Şahverdiyev (dax.: 1202), Lot 10-16 üzrə Əli Rzayev (dax.: 1005), hüquqi məsələlər üzrə Fatimə Səlimli (dax.: 8025)). 

 

Tender komissiyası