Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
BİLDİRİŞ - 23/11/2011

Azərbaycan Respublikasının Dövlət Neft Fondu, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinə uyğun olaraq Bakı şəhəri, Nizami rayonu, 6-cı Köndələn küçəsi 2 ünvanında yeni inzibati binasının tikintisi işlərinin satın alınması məqsədilə təkliflər sorğusu üsulu ilə satınalma müsabiqəsi keçirir.

Müsabiqədə iştirak etmək istəyən podratçılar aşağıdakı tələblərə cavab verməlidirlər:
 
- yüksək mərtəbəli binaların tikintisi sahəsində ən azı 10 (on) illik iş təcrübəsi;
- xarici ölkələrdə (MDB ölkələri istisna olmaqla) tikintisi həyata keçirilmiş ən azı 3 (üç) ofis binası (hündürlüyü ən azı 100 (yüz) m, sahəsi ən azı 30 000 (otuz min) m2) layihəsi;
- illik dövriyyə vəsaiti həcminin ən azı 100 (yüz) milyon Azərbaycan manat və ya valyuta ekvivalenti məbləğində olması;
- xarici ölkələrdə tikinti sahəsində ən azı 2 (iki) illik iş təcrübəsi olan yüksək ixtisaslı mühəndis-texniki işçilərin olması.
 
Təkliflər 12 dekabr 2011-ci il yerli vaxtla saat 18:00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə təqdim edilməlidir.
 
Ünvan: Bakı şəhəri, Neftçilər pr. 24, Azərbaycan Respublikasının Dövlət Neft Fondu
 
Əlaqə telefonu: 4987753 (dax. 112)
 
Faks: 4981760
 
 
Əlaqələndirici şəxs: Tender komissiyasının üzvü Asif Quliyev