Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Tender Elanı-04.11.2017

  Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF)

aşağıdakı lotlar üzrə  
                                         
AÇIQ TENDER ELAN EDİR
 
Lot 1: İnzibati binanın təmizlik xidmətlərinin satın alınması;
 

Lot 2: Xidməti məqsədlər üçün istifadə edilməsi nəzərdə tutulan seqmenti D və E-yə, markası və istehsalı Yaponiyaya məxsus 2 ədəd minik avtomobilinin satın alınması;

Lot 3: Çap və nüsxələmə avadanlıqlarının kartric, toner və digər ehtiyat hissələrinin (HP və Xerox markaları üzrə) satın alınması;

Lot 4: İnformasiya texnologiyaları sistemlərinin üzərində çalışan virtual platforma üçün vendor texniki dəstək xidmətinin 1 il müddətinə uzadılması;

Lot 5: Loqlar jurnalı üçün saxlancın (storage) satın alınması;

Lot 6: “CISCO PHYSICAL SECURITY SYSTEMS” lisenziyalarının müddətinin bitmə vaxtından 1 il müddətinə uzadılması;

Lot 7: “CISCO network and securıty management systems” lisenziyalarının müddətinin bitmə vaxtından 1 il müddətinə uzadılması və əlavə lisenziyaların alınması;

Lot 8: Radware lisenziyasının müddətinin bitmə vaxtından 1 il müddətinə uzadılması;

Lot 9: Dəyişikliklərin idarə olunması və təhlükəsizlik hadisələrin monitorinqi xidmətinin (RSA sistemi ilə) satın alınması;

Lot 10: Dəyişikliklərin idarə olunması və təhlükəsizlik hadisələrin monitorinqi sisteminin lisenziyasının bitmə vaxtından 1 il müddətinə uzadılması (RSA sistemi).

ARDNF Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1999-cu il tarixli, 240 №-li Fərmanı ilə yaradılmış dövlət təsisatıdır. ARDNF barədə məlumatlarla http://www.oilfund.az ünvanında yerləşən internet səhifəsində tanış olmaq olar.

 “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən açıq tender ARDNF üçün malların, işlərin və xidmətlərin satın alınmasını əhatə edir. 

Lot 1-10 üzrə tender prosedurları 20 dekabr 2017-ci il yerli vaxtla saat 11.00-da, ARDNF-nin yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165 ünvanında tender təkliflərinin (zərflərinin) açılması ilə başlanacaqdır.

 
Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:
  • tenderdə iştirak etmək üçün ərizə;
  • podratçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  • podratçının ixtisas göstəricilərinə dair məlumat;
  • tender təklifi (tender təklifinin qiymətinin 1 faizi həcmində tender təklifinin təminatı (bank zəmanəti) ilə birlikdə);
  • podratçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı.

Podratçılardan tələb olunan sənədlər 7 dekabr 2017-ci il, yerli vaxtla saat 18:00-a qədər faks, elektron poçt və ya adi poçtla, tender təklifləri isə hər lot üzrə ayrı-ayrı zərflərdə olmaqla 19 dekabr 2017-ci il, yerli vaxtla saat 18:00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165 ünvanda yerləşən ARDNF-ə təqdim edilməlidir.

Tenderin Əsas Şərtlər Toplusu Azərbaycan dilində tərtib olunmuşdur.

Hər bir lot üzrə iştirak haqqı 100 (yüz) manat məbləğində müəyyən edilmişdir. Tenderin Əsas Şərtlər Toplusu tenderdə iştirak edən podratçılara müvafiq lot üzrə iştirak haqqı göstərilən hesaba ödənildikdən sonra təqdim ediləcəkdir.

Azərbaycan Respublikası Dövlət Neft Fondu

Ünvan: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 165

VÖEN: 9900041961
H/h:AZ84NABZ01360400000000001944
Bank: Azərbaycan Respublikası Mərkəzi Bankı
Kod: 501004
VÖEN: 9900071001
M/h: AZ74NABZ01451700000000001944
S.W.I.F.T bik: NABZAZ 2C  
                                           
İştirak haqqı heç bir halda geri qaytarılmır.

Podratçıların səlahiyyətli nümayəndələri tender təkliflərinin (zərflərin) açılmasında iştirak edə bilərlər.

Tender ilə əlaqədar suallar və sorğular TSK2017@oilfund.az ünvanlı elektron poçta və ya (+994 12) 565 87 55 nömrəli faksa göndərilə bilər. Əlaqə telefonu: (+994 12) 498 77 53 (əlaqələndirici şəxslər: Lot 1-2 üzrə Elşad Bağırov (dax.: 1010), Lot 3-4 üzrə Orxan Şahverdiyev (dax.: 1202), Lot 5-10 üzrə Nailə Məmmədli (dax.: 9005), hüquqi məsələlər üzrə Fatimə Səlimli (dax.: 8025).

 

Tender Komissiyası