Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
BİLDİRİŞ - 08.06.2012

 

Hasilatın Pay Bölgüsü Sazişləri çərçivəsində çalışan xarici neft şirkətləri tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) təhvil verilmiş aktivlər sırasından:

qaynaq avadanlığı, müxtəlif təyinatlı və ölçülü borular, müxtəlif təyinatlı və ölçülü elektrik kabelləri materialları, neft və qaz quyularında qazma işlərinin aparılması üçün böyük çeşiddə elementlər, eləcə də ehtiyat hissələri o cümlədən, izolyasiya materialı və digər aktivləri əldə etmək niyyətində olan şəxslər 18 iyun 2012-ci il tarixinə qədər ARDNF-ə müraciət edə bilərlər.

Əlavə məlumat üçün, ARDNF-nin Aktivlərlə iş üzrə şöbəsinin mütəxəssisi Abdulla Böyükkişiyevlə əlaqə saxlamaq olar. 

Telefon nömrələri: 498-77-53,   498-62-55 (daxili 193)