Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
TENDER - 23.04.2015

 Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF)

Oracle verilənlər bazası proqram təminatının 12c versiyasının 

 satın alınması üzrə

AÇIQ TENDER ELAN EDİR

ARDNF Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1999-cu il tarixli, 240 №-li Fərmanı ilə yaradılmış dövlət təsisatıdır. ARDNF barədə məlumatlarla http://www.oilfund.az  ünvanında yerləşən internet səhifəsində tanış olmaq olar.

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən açıq tender ARDNF üçün avadanlıqların alınmasını əhatə edir.

Tender proseduraları 10 iyun 2015-ci il, yerli vaxtla saat 11.00-da ARDNF-nin yerləşdiyi Bakı şəhəri, Heydər Əliyev prospekti 111”A” ünvanında tender təkliflərinin (zərflərinin) açılması ilə başlanacaqdır.

Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:
  • tenderdə iştirak etmək üçün ərizə;
  • podratçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  • podratçının ixtisas göstəricilərinə dair məlumat;
  • tender təklifi (tender təklifi qiymətinin 3 faizi həcmində tender təklifinin təminatı (bank qarantiyası) ilə birlikdə);
  • podratçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı.

 Podratçılardan tələb olunan sənədlər  29 may 2015-ci il, yerli vaxtla 18:00-a qədər faks, elektron poçt və ya adi poçtla, tender təklifləri isə 09 iyun 2015-ci il, yerli vaxtla 18:00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə AZ1029, Bakı şəhəri, Heydər Əliyev prospekti 111”A”, ünvanda yerləşən ARDNF-ə təqdim edilməlidir.

Tenderin Əsas Şərtlər Toplusu Azərbaycan dilində tərtib olunmuşdur.

Tenderin əsas Şərtlər Toplusu tenderdə iştirak edən podratçılara təqdim ediləcəkdir.

Podratçıların səlahiyyətli nümayəndələri tender təkliflərinin (zərflərin) açılmasında iştirak edə bilərlər.

Tender ilə əlaqədar suallar və sorğular OracleTSX@oilfund.az ünvanlı elektron poçta və ya (+994 12) 498 17 60 nömrəli faksa (əlaqələndirici şəxs Zaur Adıgözəlov) göndərilə bilər. Əlaqə telefonu: (+994 12) 498 77 53 (dax. 1207)

 
Tender Komissiyası