Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
BİLDİRİŞ - 30.08.2017

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın rəsmi internet səhifəsinin yaradılması üçün “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmət təkliflər sorğusu metodu ilə satınalma proseduru keçirir.

Müsabiqədə iştirak etmək istəyənlər xidmət təkliflər sorğusunu əldə etmək üçün ARDNF-ə müraciət etməlidirlər. Təkliflər 2 oktyabr 2017-ci il yerli vaxtla saat 18:00-dək ARDNF-ə təqdim edilməlidir. Təklif zərfləri 3 oktyabr 2017-ci il yerli vaxtla saat 11:00-da ARDNF-də (Bakı şəhəri, H.Əliyev prospekti 165, AZ1029) açılacaqdır.

Maraqlananlar əlavə məlumat üçün ARDNF-ə müraciət edə bilərlər. Ünvan: Bakı şəhəri, H.Əliyev prospekti 165, AZ1029 Əlaqələndirici şəxs: Ülviyyə Mehralıyeva Telefon: (012) 4987753 daxili nömrə - 1805 Faks: (012) 5658755  E-mail: umehraliyeva@oilfund.az