Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
BİLDİRİŞ - 01.06.2012

Azərbaycan Respublikası Dövlət Neft Fondu, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinə uyğun olaraq 2012-ci il ərzində əldə edilməsi nəzərdə tutulan bəzi mebel və inventarların satınalınması məqsədilə “Təkliflər sorğusu” üsulu ilə satınalma müsabiqəsi keçirir.

Müsabiqədə iştirak etmək istəyən iddiaçılar lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Təkliflər 8 iyun 2012-ci il yerli vaxtla saat 18:00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə təqdim edilməlidir.

Əlavə məlumat almaq üçün əlaqələndirici şəxsə müraciət edə bilərsiniz.

 
Ünvan: Bakı şəhəri, Neftçilər prospekti 24, Dalğa Plaza, Azərbaycan Respublikası Dövlət Neft Fondu
 
Əlaqə telefonu: 498 77 53 (dax.175)
 
Faks: 498 17 60
 
 
Əlaqələndirici şəxs: Elşad Bağırov