Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
BİLDİRİŞ - 13.06.2012

Azərbaycan Respublikası Dövlət Neft Fondu  tərəfindən  2012-ci il ərzində əldə edilməsi nəzərdə tutulan bəzi mebel və inventarların satınalınması məqsədilə 03.06.2012-ci il tarixində Xalq qəzetində dərc olunmuş bildiriş üzrə müsabiqəyə təklif vermiş iddiaçıların  sayı üçdən az olduğuna görə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən  müsabiqənin davamından imtina edilmiş və aşağıdakı şərtlərlə müsabiqənin yenidən keçirilməsi qərara alınmışdır.

 
Bildiriş
 

Azərbaycan Respublikası Dövlət Neft Fondu, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinə uyğun olaraq 2012-ci il ərzində əldə edilməsi nəzərdə tutulan bəzi mebel və inventarların satınalınması məqsədilə “Təkliflər sorğusu” üsulu ilə satınalma müsabiqəsi keçirir.

Müsabiqədə iştirak etmək istəyən iddiaçılar lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Təkliflər 28 iyun 2012-ci il yerli vaxtla saat 18:00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə təqdim edilməlidir.

  Əlavə məlumat almaq və “Təkliflər sorğusu” əldə etmək üçün əlaqələndirici şəxsə müraciət edə bilərsiniz.

 

Ünvan: Bakı şəhəri, Neftçilər prospekti 24, Dalğa plaza

            Azərbaycan Respublikası Dövlət Neft Fondu

Əlaqə telefonu: 498 77 53 (dax.142)
Faks: 490 57 32

Əlaqələndirici şəxs: Emin Rəsulov