Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
BİLDİRİŞ 21.02.2018

“Xalq qəzeti”nin 04 və 18 noyabr 2017-ci il tarixli nömrələrində Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) tərəfindən malların və xidmətlərin satın alınması məqsədilə dərc olunmuş elanlar üzrə keçirilən 10 lotdan ibarət açıq tenderin 6 lot üzrə nəticələri aşağıdakı kimi olmuşdur:

Lot 1. İnzibati binanın təmizlik xidmətlərinin satın alınması üzrə qalib“Şeh” Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur. Qalib şirkətlə 01 fevral 2018-ci il tarixdə müvafiq satınalma müqaviləsi imzalanmışdır.

Lot 2. Xidməti məqsədlər üçün istifadə edilməsi nəzərdə tutulan seqmenti D və ya E-yə, markası Yaponiya və ya Almaniyaya məxsus 2 ədəd minik avtomobilinin  satın alınması üzrə qalib“Toyota Bakı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur. Qalib şirkətlə 06 fevral 2018-ci il tarixdə müvafiq satınalma müqaviləsi imzalanmışdır.

Lot 3. Çap və nüsxələmə avadanlıqlarının kartric, toner və digər ehtiyat hissələrinin (HP və Xerox markaları üzrə) satın alınması üzrə qalib“Xeropc” Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur. Qalib şirkətlə 01 fevral 2018-ci il tarixdə müvafiq satınalma müqaviləsi imzalanmışdır.

Lot 4. İnformasiya texnologiyaları sistemlərinin üzərində çalışan virtual platforma üçün vendor texniki xidmətinin 1 il müddətinə uzadılmasının satın alınması üzrə qalib“Bakinity Distribution” Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur. Qalib şirkətlə 06 fevral 2018-ci il tarixdə müvafiq satınalma müqaviləsi imzalanmışdır.

Lot 8. Radware lisenziyalarının müddətinin bitmə vaxtından 1 il müddətinə uzadılması xidmətinin satın alınması üzrə qalib“R.İ.S.K. Elmi İstehsalat Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti olmuşdur. Qalib şirkətlə 02 fevral 2018-ci il tarixdə müvafiq satınalma müqaviləsi imzalanmışdır.

Lot 9. Dəyişikliklərin idarə olunması və təhlükəsizlik hadisələrin monitorinqi xidmətinin (RSA sistemi ilə) satın alınması üzrə qalib“Evrodizayn” Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur. Qalib şirkətlə 19 fevral 2018-ci il tarixdə müvafiq satınalma müqaviləsi imzalanmışdır.