Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
BİLDİRİŞ - 23.01.2013

Azərbaycan Respublikasının Dövlət Neft Fondu Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə  Komissiyanın və xarici və yerli şirkətlərin təqdim edəcəyi 2012, 2013 və 2014-cü illəri əhatə edən hеsаbatların təhlil edilərək tutuşdurulması və hesabatlara dair rəy verilməsi xidmətlərinin müsabiqə yolu ilə satınalınması məqsədilə təkliflər cəlb edir.

Bununla əlaqədar təkliflər vermək istəyən, Azərbaycan Respublikasında auditor fəaliyyəti ilə məşğul olmağa xüsusi razılığı (lisenziyası) olan, dünyada tanınmış nüfuzlu beynəlxalq auditor təşkilatları öz təkliflərini Xidmət Təklifləri Sorğusunun (bundan sonra "XTS") tələblərinə əsasən 12 fevral 2013-cü il saat 18.00-dək Azərbaycan Respublikası Dövlət Neft Fonduna təqdim etməlidirlər.

Müsabiqə ilə bağlı XTS-i və əlavə məlumatları almaq üçün əlaqələndirici şəxslə 498-77-53 (daxili 125) nömrəli telefon və ya umehraliyeva@oilfund.az ünvanlı elektron poçt vasitəsilə əlaqə saxlaya bilərlər.