Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
BİLDİRİŞ - 23/12/2011

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 367 s nömrəli, 29 dekabr 2009-cu il tarixli Sərəncamı ilə, Bakı şəhəri, Nizami rayonu, 6-cı Köndələn küçəsi 2 ünvanında ayrılmış torpaq sahəsi yeni inzibati binanın tikintisi üçün Dövlət Neft Fondunun daimi istifadəsinə verilmişdir.

Azərbaycan Respublikası Dövlət Neft Fondu müasir tələblərə uyğun, “A” sinifli binasının tikintisi üçün baş podratçı şirkətin müəyyənləşdirilməsi məqsədilə təkliflər sorğusu üsulu ilə keçirdiyi satınalma müsabiqəsinin nəticəsinə əsasən xarici ölkələrdə yüksək mərtəbəli ofis binalarının tikintisində böyük təcrübəyə malik Belçikanın “N.V. Besix S.A.” şirkətinin 84.916.000 Avro məbləğində qiymət təklifini qəbul etmiş və Beynəlxalq Məsləhətçi-Mühəndislər Federasiyası (FIDIC) tərəfindən nəşr edilmiş müqavilə şərtləri əsasında 20.12.2011 tarixdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun müvafiq satınalma müqaviləsi imzalamışdır.

NV BESIX S.A. 1909-cu ildə Belçikada yaradılmış BESIX Group–un (http://www.besix.com) törəmə şirkətidir.  BESIX Group Avropa, Şimali və Mərkəzi Afrika və Asiya ölkələrində bir çox iri miqyaslı layihələri reallaşdırmışdır və hazırda 3 qitədə, 15 ölkədə 17.000 işçi heyəti ilə fəaliyyət göstərir.