Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
BİLDİRİŞ - 29.08.2014

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2 ədəd minik avtomobilin satın alınması üçün “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təkliflər sorğusu metodu ilə satınalma proseduru keçirir.

Müsabiqədə iştirak etmək istəyənlər təkliflər sorğusunu əldə etmək üçün ARDNF-ə müraciət etməlidirlər. Təkliflər 10 sentyabr 2014-cü il yerli vaxtla saat 18:00-dək ARDNF-ə təqdim edilməlidir. Təklif zərfləri 11 sentyabr 2014-cü il yerli vaxtla saat 11:00 da ARDNF-də (Bakı şəhəri, Neftçilər prospekti 24, AZ1000) açılacaqdır.

Maraqlananlar əlavə məlumat üçün ARDNF-ə müraciət edə bilərlər. Ünvan: Bakı şəhəri, Neftçilər prospekti 24, AZ1000. Əlaqələndirici şəxs: Əli Rzayev Telefon: (012) 4987753 daxili nömrə (210)

Faks: (012) 4981760  E-mail: rfp@oilfund.az