Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
BİLDİRİŞ 10.04.2018

“Azərbaycan qəzeti”nin 13 və 24 fevral 2018-ci il tarixli nömrələrində Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) tərəfindən malların, işlərin və xidmətlərin satın alınması məqsədilə dərc edilmiş elanlar üzrə keçirilən 46 lotdan ibarət açıq tenderdə aşağıda göstərilən lotlara təklif vermiş iddiaçıların sayı üçdən az olduğundan “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən bu lotlar üzrə tenderin davamından imtina edilmişdir: 

  • Lot 1. İnformasiya texnologiya avadanlıqlarının və ehtiyat hissələrinin satın alınması;
  • Lot 4. Xırda avadanlıqların (qulaqcıqlar, yaddaş kartları, müxtəlif növ batareyalar və s.) satın alınması;
  • Lot 5. Fiziki təhlükəsizlik sistemində avadanlıqlar üçün ehtiyat hissələrin satın alınması;
  • Lot 6. Təhlükəsizlik siqnalizasiyası sistemləri üçün (Simplex, Bosch) avadanlıqların və ehtiyat hissələrinin satın alınması;
  • Lot 7. Fiziki təhlükəsizlik üzrə mühəndis texniki avadanlıqlarının ehtiyat hissələrinin satın alınması;
  • Lot 8. Mülki müdafiə avadanlıqlarının satın alınması;
  • Lot 19. Elektron sənəd dövriyyəsi üçün proqram təminatının satın alınması;
  • Lot 26. İnformasiya texnologiyaları sistemlərinə (saxlanc avadanlıqları, müraciətlərin balanslaşdırılma sistemi, professional iclas avadanlıqları, İP telefoniya, virtual platforma, elektron məktub və s.) texniki xidmətin satın alınması;
  • Lot 28. Şəbəkə təhlükəsizliyi idarəetmə sistemi üzrə texniki xidmətin satın alınması;
  • Lot 30. Mobil qurğuların və antivirus proqramların sistemləri üzrə texniki xidmətin satın alınması;
  • Lot 31. Zəifliklərin idarə olunması sistemləri üzrə texniki xidmətin satın alınması;
  • Lot 45. İnzibati binada yanğın qapıların kipləndirmə mexanizmlərinə texniki xidmətin satın alınması.