Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
ELAN - 22.06.2017

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 aprel tarixli 1315 nömrəli “Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən Hasilat Sənayesində Şəffaflıq üzrə keçiriləcək tədbirləri müşahidə etmək niyyətində olan vətəndaş cəmiyyəti nümayəndələrini əvvəlcədən tədbirlərlə bağlı məlumatlandırmaq məqsədi ilə Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın Katibliyi tərəfindən qeydiyyat həyata keçirilir.
 
Qeydiyyatdan keçmək istəyən şəxs keçidə http://goo.gl/XEnxJV daxil olaraq müvafiq məlumatları sorğu formasına əlavə edə bilər.
 
Qeydiyyat üçün son tarix 2017-ci il 22 iyuldur. 
 
Qeydiyyat ilə bağlı sualınız yaranarsa, Katibliyin nümayəndəsi Abbas Abbasova (email: aabbasov@oilfund.az; tel: +99412 498 77 53, daxili 1804) müraciət edə bilərsiniz.