Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
ELAN- 06.12.2016

Bildiriş
 

Azərbaycan Respublikası Dövlət Neft Fondu (bundan sonra - ARDNF) "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun V Fəslində müəyyən edilmiş xidmət təkliflərinin cəlb olunması üsulu ilə səhm portfelinin passiv idarəedilməsi üzrə xidmət təklifləri sorğusu (bundan sonra - XTS) elan edir. Təklif olunan səhm portfeli üçün bençmark "MSCI World" indeksidir.

İnvestisiya menecerləri (şirkətlər) aşağıdakı tələblərə cavab verməlidir:

-       30 sentyabr 2016-cı il tarixinə şirkətin idarəetməsində passiv səhm indeksinə indeksasiya olunmuş vəsaitlərin həcminin 40 milyard ABŞ dollarından az olmaması;

-       ABŞ-nın 1940-cı il “İnvestisiya Şirkətləri haqqında Qanunu” və ya fəaliyyət göstərdiyi digər ölkənin qanunları çərçivəsində qeydiyyatdan keçmiş olması;

-       30 sentyabr 2016-cı il tarixinə şirkətin səhm indeksi portfellərinin idarə edilməsi üzrə ardıcıl ən azı üç illik təcrübəsinin olması;

-       Son üç ildə gəlirlilik üzrə izləmə xətasının (tracking error) “MSCI World” indeksi ilə müqayisədə illik əsasda 0.3%-dən çox olmaması;

-       satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması;

-       öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması;

-       müflis elan olunmaması, əmlakı üzərində həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;

-       Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması;

-       son beş il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi.

Maraqlanan şirkətlər XTS-i əldə etmək üçün aşağıdakı əlaqələndirici şəxslərə müraciət edə bilərlər:

Fərhad Zeynalov

Tel: +994 (12) 498 77 53 (daxili 1626)

 
Leyli Cabbarlı
 
Tel: +994 (12) 498 77 53 (daxili 1622)
Fax: +994 (12) 565 87 55          
Elektron ünvan: equityrfp@oilfund.az

 

Təkliflər 11 yanvar 2017-ci il yerli vaxtla 18:00-dan gec olmayaraq ARDNF-in yerləşdiyi Bakı şəhəri, Heydər Əliyev prospekti 165 nömrəli ünvana təqdim edilməlidir.