Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2003-cü ildə maliyyə fəaliyyəti haqqında hesabatının auditinin keçirilməsi barədə elan

1. Azərbaycan Respublikasının Dövlət Neft Fondu 2003-cü il ərzində maliyyə fəaliyyəti haqqında hesabatının beynəlxalq mühasibat uçotu standartlarına uyğun auditinin keçirilməsi üzrə təkliflər sorğusu üsulu ilə satınalma proseduru (müsabiqə) keçirir.

2. Müsabiqədə iştirak etmək üçün iddiaçılar öz təkliflərini aşağıdakı sənədlərlə birgə 03 fevral 2004-cü il tarixindən gec olmayaraq təqdim edə bilərlər:

     - müsabiqədə iştirak barədə müraciət;

     - iddiaçı barədə məlumat (onun tam adı, hüquqi ünvanı, statusu, bank rekvizitləri, müvafiq iş təcrübəsi haqqında informasiya, habelə iddiaçının notarial qaydada təsdiq edilmiş qeydiyyat sənədləri);

     - iddiaçıya Azərbaycan Respublikasında audit aparmaq hüququ verən xüsusi razılığın (lisenziyanın) notarial qaydada təsdiq edilmiş surəti:

     - iddiaçının fəaliyyətinin son ili üzrə maliyyə vəziyyəti haqqında məlumatlar, o cümlədən müvafiq bank arayışı və son illik balansın surəti.



3. Üstünlük verilən əsas texniki meyar: iri maliyyə və investisiya qurumlarında (fondlarında) beynəlxalq standartlara uyğun auditin aparılması üzrə iş səriştəsi və təcrübəsi.

4. İşin aparılma yeri: Azərbaycan Respublikası Dövlət Neft Fondunun 370025, Bakı şəhəri, Bülbül prospekti, 20 ünvanında yerləşən inzibati binası.

5. İşin icra müddəti: müsabiqənin qalibi ilə yekun müqaviləsi imzalandığı gündən etibarən 6 (altı) həftə .

6. Dövlət Neft Fondunun təkliflər sorğusunun əsas şərtlərini və digər məlumatları 90 57 32 nömrəli telefona müraciət etməklə Neft Fondunun inzibati binasından əldə etmək olar.