Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
BİLDİRİŞ

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydalarına" əsasən Fondun illik maliyyə fəaliyyətinin auditinin nüfuzlu beynəlxalq auditor təşkilatı tərəfindən keçirilməsini təmin etmək məqsədilə audit xidmətlərinin müsabiqə yolu ilə satın alınması üçün Azərbaycan Respublikası Dövlət Neft Fondu "Dövlət Satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun V fəsli ilə müəyyən edilmiş üsulla təkliflər cəlb edir.


Bununla əlaqədar təkliflər vermək istəyən Azərbaycan Respublikasında auditor fəaliyyəti ilə məşğul olmağa xüsusi razılığı (lisenziyası) olan nüfuzlu beynəlxalq auditor təşkilatları ( bundan sonra "xidmət göstərənlər") Xidmət Təklifləri Sorğusunu(bundan sonra "XTS") almaq üçün onların verdiyi etibarnaməyə əsaslanan səlahiyyətli şəxsləri vasitəsilə AZ1014, Bakı şəhəri, Bülbül prospekti 20 ünvanda yerləşən Azərbaycan Respublikası Dövlət Neft Fonduna müraciət edə bilərlər.


XTS təmənnasız və kağız üzərində əks edilmiş yazılı sənəd şəklində verilir.


XTS almış xidmət göstərənlər öz təkliflərini 06 dekabr 2004-cü il tarixindən gec olmayaraq Azərbaycan Respublikası Dövlət Neft Fonduna təqdim etməlidirlər.


XTS və digər məlumatları almaq üçün xidmət göstərənlər Azərbaycan Respublikası Dövlət Neft Fondunun əlaqələndirici şəxsi ilə 498-62-55, 498-63-55, 498-77-53 ( daxili 114 - А.Həşimov) nömrəli telefonlar və ya auditxts@oilfund.az ünvanlı elektron poçt vasitəsilə əlaqə saxlaya bilərlər.


Azərbaycan Respublikası Dövlət Neft Fondu barədə məlumatlarla Fondun www.oilfund.az saytında tanış olmaq olar.