Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
BİLDİRİŞ

2004-cü il noyabrın 24-də Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Nazirlər Kabinetinin 13 noyabr 2003-cü il Sərəncamı ilə yaradılmış Komissiya, Azərbaycanın hasilat (neft və qaz) sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər və Mədən Sənayesində Şəffaflığın Artırılması (qeyri hökumət təşkilatları) Koalisiyası arasında Qarşılıqlı Anlaşma Memorandumu imzalanmışdır. Memoranduma uyğun olaraq, Azərbaycanın hasilat (neft və qaz) sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin Azərbaycan Respublikası hökumətinə ödənişləri və Azərbaycan Respublikası hökumətinin yerli və xarici şirkətlərdən daxiolmaları barədə hesabatların birbaşa olaraq audit şirkətinə təqdim olunması nəzərdə tutulur. Həmin hesabatları tutuşduraraq təhlil edəcək audit şirkətinin seçilməsi məqsədilə Seçim Qrupu təsis edilib.

Memoranduma əsasən MHŞT üzrə Komissiyanın və xarici və yerli şirkətlərin təqdim edəcəyi 2003-cö ili və 2004-cö ilin ilk 6 ayını əhatə edən щесабатларын auditinin nüfuzlu beynəlxalq auditor təşkilatı tərəfindən keçirilməsini təmin etmək məqsədilə audit xidmətlərinin müsabiqə yolu ilə satın alınması üçün Memorandumla təsdiq olunmuş Seçim Qrupuna və onun fəaliyyətinə təşkilati və maddi-texniki dəstək göstərəcək Azərbaycan Respublikası Dövlət Neft Fondu "Dövlət Satınalmaları haqqında " Azərbaycan Respublikası Qanununun V fəsli ilə müəyyən edilmiş üsulla təkliflər cəlb edir.

Bununla əlaqədar təkliflər vermək istəyən Azərbaycan Respublikasında auditor fəaliyyəti ilə məşğul olmağa xüsusi razılığlı (lisenziyası) olan nüfuzlu beynəlxalq auditor təşkilatları (bundan sonra "xidmət göstərənlər") öz təkliflərini əlavə olunmuş Xidmət Təklifləri Sorğusunun (bundan sonra "XTS") tələblərinə əsasən 16 dekabr 2004-cü il saat 18.00-dək Azərbaycan Respublikası Dövlət Neft Fonduna təqdim etməlidirlər.

Müsabiqə ilə bağlı digər məlumatları almaq üçün xidmət göstərənlər MHŞT üzrə Komissiyanın və audit şirkətini seçmək üçün yaradılmış Seçim Qrupunun əlaqələndirici şəxsləri ilə 498-77-53 (daxili 132) nömrəli telefon və ya auditeiti@oilfund.az ünvanlı elektron poçt vasitəsilə əlaqə saxlaya bilərlər.

MHŞT-nin Azərbaycanda həyata keçirilməsi barədə məlumatlarla Fondun www.oilfund.az saytında tanış olmaq olar.