Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
BİLDİRİŞ - 14/09/2010

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF), investisiya portfelinin optimallaşdırılması məqsədilə analitik proqram təminatının seçilməsi və qurulması üçün "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təkliflər sorğusu metodu ilə satınalma proseduru keçirir.

 

Müsabiqədə iştirak etmək istəyənlər Təkliflər Sorğusunu əldə etmək üçün ARDNF-yə müraciət etməlidir. Təkliflər 2010-cu il 27 sentyabr yerli vaxtla saat 18.00-dək ARDNF-yə təqdim edilməlidir. Təklif zərfləri 2010-cu il 28 sentyabr tarixində yerli vaxtla saat 11.00-da ARDNF-də (Bakı şəhəri, Neftçilər prospekti 24, AZ1004) açılacaqdır.

 

Maraqlananlar əlavə məlumat üçün ARDNF-yə müraciət edə bilərlər.

 

Ünvan: Bakı şəhəri, Neftçilər prospekti 24, AZ1004

Əlaqələndirici şəxs Z.Kəngərli 

Telefon: (012) 4987753, daxili nömrə - 123

Faks: (012) 490 57 32

E-mail: rfp@oilfund.az