Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
BİLDİRİŞ - 28/04/2010

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) A-sinifli yeni ofis binasının inşaatı layihəsində intellektual və avtomatlaşdırılmış bina konsepsiyasının  layihələndirilməsi və həyata keçirilməsinə nəzarət üçün məsləhət və peşəkar xidmətlərin satın alınması məqsədilə açıq tender keçirmişdir.

 

Tenderin nəticələrinə əsasən İngiltərənin CDC (Central Data Control, http://www.cdc.uk.com/) şirkəti qalib elan edilmiş və 23 Aprel 2010-cu il tarixində ARDNF ilə CDC şirkəti arasında müvafiq satınalma müqaviləsi imzalanmışdır.