Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
BİLDİRİŞ - 28/05/2009

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən Risklərin Ölçülməsi Sistemi xidmətinin satınalınması üçün açıq tender elan edir:

 

ARDNF Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 29 dekabr 1999-cu il tarixdə yaradılmış dövlət təsisatıdır. 30 aprel 2009-cu il tarixinə Fondun valyuta vəsaitləri 11 milyard ABŞ dollarına yaxındır.

 

ARDNF, investisiya portfelləri üçün risklərin ölçülməsi sistemini həyata keçirəcəkdir.

 

Sistemin həyata keçirilməsi müqavilə imzalandığı tarixdən etibarən 6 ay müddətində başa çatdırılmalıdır.

 

Tenderdə, müvafiq sahədə 5 illik təcrübəyə və minimum 5 milyon ABŞ dolları məbləğində illik gəlirə və ya kapitala malik, risklərin ölçülməsi sahəsində maliyyə sektoruna funksional və yüksək keyfiyyətli xidmətlər göstərən beynəlxalq nüfuzlu texnologiya şirkətləri iştirak edə bilərlər.

 

ARDNF, Azərbaycan və ya ingilis dillərində hazırlanmış Tenderin Əsas Şərtlər Toplusu (TƏŞT) və əlavə olunan Tender sənədlərini, tenderdə iştirak etmək istəyən təşkilatlara təmənnasız olaraq elektron poçt və ya poçt vasitəsi ilə çatdıracaqdır.

 

Tenderdə iştirak etmək istəyən maraqlı tərəflər ən geci 2009-cu il 03 iyul tarixinədək aşağıdakı sənədləri faks, eletron poçt və ya poçtla ARDNF-ə təqdim etməlidirlər:

 

  • 1. Tenderdə iştirak etmək barədə ərizə;
  • 2. Təşkilatın tam adını, hüquqi statusunu təsdiq edən sənədlərin surəti (təşkilatın nizamnaməsi, təşkilatın dövlət qeydiyyatı haqqında sertifikatı, qeydiyyat kitabından çıxarışı və sair);
  • 3. Auditdən keçmiş sonuncu maliyyə hesabatı;
  • 4. İmzaya məsul şəxsin səlahiyyətini təsdiq edən sənəd.

 

Tender təklifləri ən geci 17 iyul 2009-cu il tarixdə yerli vaxtla saat 17:00-dək AZ1014, Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən ARDNF-ə təqdim edilməlidir.

 

Tender təkliflərinin (zərflərinin) açılması 20 iyul 2009-cu il tarixdə, yerli vaxtla saat 11:00-da ARDNF-in yerləşdiyi ünvandakı inzibati binasında keçiriləcəkdir. Təşkilatların səlahiyyətli nümayəndələri tender üzrə təklif zərflərinin açılmasında iştirak edə bilərlər.

 

Tender təklifləri iki mərhələli dəyərləndiriləcəkdir:

 

  • 1-ci mərhələ funksionallıq, xidmətlər, hesabatlar ve texnologiya kimi TƏŞT-də müəyyən edilən texniki meyarlara görə olacaqdır.
  • 2-ci mərhələ yuxarıdakı meyarlarla bərabər qiymətə görə olacaqdır.

 

TƏŞT ilə əlaqədar suallar və sorğular RMS@oilfund.az ünvanlı elektron poçta və ya (+994 12) 490 57 32  nömrəli faksa (əlaqələndirici şəxs S.Ağayevə  tel.: 4987753, daxili nömrə - 120) göndərilə bilər.

 

Azərbaycan Respublikası Dövlət Neft Fondu barədə məlumatlarla Fondun ünvanında yerləşən veb saytında tanış olmaq olar.