Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
BİLDİRİŞ - 07/11/2009

Hasilatın Pay Bölgüsü Sazişləri çərçivəsində çalışan xarici neft şirkətləri tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) təhvil verilmiş aktivlər sırasından:

 

qaynaq avadanlığı, müxtəlif təyinatlı və ölçülü borular, polad təbəqələr, şvellerlər, metal tirlər, künclüklər, müxtəlif təyinatlı və ölçülü elektrik kabelləri materiallar, neft və qaz quyularında qazma işlərinin aparılması üçün böyük çeşiddə elementlər, eləcə də ehtiyyat hissələri, o cümlədən, izolyasiya materialı və digər aktivləri əldə etmək niyyətində olan şəxslər 2009-cu il noyabrın 16-na qədər ARDNF-yə müraciət edə bilərlər.

 

Əlavə məlumat üçün, ARDNF-nin Aktivlərlə iş üzrə şöbəsinin müdiri Emin Qasımovla əlaqə saxlamaq olar.

 

Telefon nömrələri:  498-77-53,   498-62-55 (daxili 172)