Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
KOTİROVKA SORĞUSU - 13.09.2013

Sifarişçi Azərbaycan Respublikasının Dövlət Neft Fondu (“ARDNF”)  aşağıdakı malların kotirovka sorğusu üsulu ilə satın alınması niyyətindədir:

- Azərbaycan Respublikası Dövlət Neft Fondunun tikilməkdə olan yeni binasında yaradılacaq kitabxana üçün ingilis dilində maliyyə, hüquq, politologiya, diplomatiya, neft strategiyası və s. mövzularında olan kitablar.

Müqavilə üzrə ödəniş, işlər tam yerinə yetirilib Sifarişçiyə təhvil verildikdən sonra köçürmə yolu ilə aparılacaqdır. Tərəfinizdən təklif olunan qiymət kotirovkaları işlərin qiymət dəyərindən başqa, ƏDV və digər xərclər nəzərə alınmaqla göstərilməlidir.

Malların qiymət kotirovkaları qapalı zərfdə, imzalanaraq və möhürlənərək, Azərbaycan Respublikasının Dövlət Neft Fonduna, Bakı şəhəri, Neftçilər pr. 24 ünvanına, 20 sentyabr 2013-cü il, saat 18:00-a qədər təqdim olunmalıdır.

Kitabların tam siyahısı və kotirovka sorğusunu əldə etmək üçün ARDNF-nin İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Amil Həsənovla əlaqə saxlamaq olar.

Telefon: 498 77 53 (daxili 201)

Elektron poçt ünvanı: ahasanov@oilfund.az