Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
TENDER - 02.11.2016

LOT 1 - Radware lisenziyalarının müddətinin bitmə vaxtından 1 il müddətinə uzadılması

LOT 2 - RSA lisenziyalarının müddətinin bitmə vaxtından 1 il müddətinə uzadılması

LOT 3 - Digər məhsulların lisenziyalarının müddətinin bitmə vaxtından 1 il müddətinə uzadılması

LOT 4 - Fiziki təhlükəsizlik sistemlərinin Cisco lisenziyalarının bitmə vaxtından 1 il müddətinə uzadılması

LOT 5 - Fiziki təhlükəsizlik sistemlərinin IB Integra lisenziyalarının bitmə vaxtından 1 il müddətinə uzadılması

LOT 6 - Fiziki təhlükəsizlik avadanlıqlarının alınması

 

ARDNF Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1999-cu il tarixli, 240 №-li Fərmanı ilə yaradılmış dövlət təsisatıdır. ARDNF barədə məlumatlarla http://www.oilfund.az  ünvanında yerləşən internet səhifəsində tanış olmaq olar.

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən açıq tender ARDNF üçün lisenziyaların müddətinin bitmə vaxtından 1 il müddətinə uzadılması və avadanlıqların alınmasını əhatə edir.

 Tender prosedurları 14 dekabr 2016-cı il, yerli vaxtla saat 11.00-da ARDNF-nin yerləşdiyi Bakı şəhəri, Heydər Əliyev prospekti 165 ünvanında tender təkliflərinin (zərflərinin) açılması ilə başlanacaqdır.

Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:
  • tenderdə iştirak etmək üçün ərizə;
  • podratçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  • podratçının ixtisas göstəricilərinə dair məlumat;
  • tender təklifi (tender təklifi qiymətinin 1 faizi həcmində tender təklifinin təminatı (bank qarantiyası) ilə birlikdə);
  • podratçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı.

 Podratçılardan tələb olunan sənədlər 01 dekabr 2016-cı il, yerli vaxtla 18:00-a qədər faks, elektron poçt və ya adi poçtla, tender təklifləri isə 13 dekabr 2016-cı il, yerli vaxtla 18:00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə AZ1029, Bakı şəhəri, Heydər Əliyev prospekti 165 ünvanda yerləşən ARDNF-ə təqdim edilməlidir.

Tenderin Əsas Şərtlər Toplusu Azərbaycan dilində tərtib olunmuşdur.

Tenderin Əsas Şərtlər Toplusu tenderdə iştirak edən podratçılara LOT 1 üzrə 100 (yüz) manat, LOT 2 üzrə 100 (yüz) manat, LOT 3 üzrə 100 (yüz) manat, LOT 4 üzrə 100 (yüz) manat, LOT 5 üzrə 100 (yüz) manat, LOT 6 üzrə 100 (yüz) manat iştirak haqqı ödənildikdən sonra təqdim ediləcəkdir. İştirak haqqı heç bir halda geri qaytarılmır.

Podratçıların səlahiyyətli nümayəndələri tender təkliflərinin (zərflərin) açılmasında iştirak edə bilərlər.

Tender ilə əlaqədar suallar və sorğular ITT@oilfund.az ünvanlı elektron poçta və ya (+994 12) 498 17 60 nömrəli faksa (əlaqələndirici şəxs Nailə Məmmədli) göndərilə bilər. Əlaqə telefonu: (+994 12) 498 77 53 (dax. 9005)

Tender Komissiyası