Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
BİLDİRİŞ - 17.02.2012

Azərbaycan Respublikası Dövlət Neft Fondu (bundan sonra - ARDNF) “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun V fəsli ilə müəyyən edilmiş üsul ilə səhm portfelinin passiv idarəedilməsi üzrə Xidmət Təklifləri Sorğusu (bundan sonra - XTS) elan edir. Təklif olunan səhm portfeli üçün bençmark “MSCI  World” indeksidir.

İnvestisiyaların idarə edilməsi ilə məşğul olan şirkətlər aşağıdakı tələblərə cavab verməlidir:

  • 31 dekabr 2011-ci il tarixinə şirkətin səhmlər portfelinin passiv idarə edilməsi üzrə ən azı ardıcıl beş illik iş təcrübəsi olmalı;
  • 31 dekabr 2011-ci il tarixinə şirkətin idarəetməsi altında olan vəsaitlərin 50 milyard ABŞ dollarından az olmayan hissəsinin passiv əsasda idarə olunan səhmlərdən ibarət olması;
  • Təklif göndərən şirkət 1940-cı il “İnvestisiya Məsləhətçiləri Aktı” və ya fəaliyyət göstərdiyi digər ölkənin müvafiq qanunları çərçivəsində qeydiyyatdan keçməli;
  • 31 dekabr 2011-ci il tarixinə qədər şirkətin ən azı beş ili əhatə edən dövr üçün təklif olunan səhm indeksi üzrə vəsaitlərin idarə edilməsində iş təcrübəsi olmalıdır. Son beş ildə gəlirlilik üzrə izləmə xətası (tracking error) “MSCI World” indeksi ilə müqayisədə illik əsasda 0.3%-dən çox olmamalıdır.
 
Əlaqələndirici şəxs: Arif Zeynalov, Risk təhlilçisi
Əlaqə nömrəsi: +994 12 498 77 53 (ext. 120)
 

Təkliflər 15 mart 2012-ci il tarixinədək yerli vaxtla saat 18:00-dan gec olmayaraq müvafiq ünvana göndərilməlidir: AZ 1004, Bakı şəhəri, Neftçilər Prospekti 24.

ARDNF haqqında ətraflı məlumatla www.oilfund.az saytında tanış olmaq olar.