Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
TENDER ELANI - 28.04.2012

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF)

İnformasiya Texnologiyaları avadanlıqlarının və proqram təminatı lisenziyalarının

satın alınması məqsədilə

 AÇIQ  TENDER  ELAN  EDİR

 

ARDNF Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1999-cu il tarixli, 240 №-li Fərmanı ilə yaradılmış dövlət təsisatıdır. ARDNF barədə məlumatlarla http://www.oilfund.az  ünvanında yerləşən internet səhifəsində tanış olmaq olar.

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən keçirilən tender aşağıdakı malların satın alınmasınıəhatə edir:

  • İnformasiya Texnologiyaları avadanlıqları;
  • proqram təminatı lisenziyaları.

 

Satın alınacaq mallar Bakı şəhəri, Neftçilər prospekti 24 ünvanında yerləşən ARDNF-yə çatdırılmalıdır.

Tender proseduraları 14 iyun 2012-ci il, yerli vaxtla saat 11.00-da ARDNF-nin yerləşdiyi Bakı şəhəri, Neftçilər prospekti 24 ünvanında tender təkliflərinin (zərflərinin) açılması ilə başlanacaqdır.

Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən keçirilən tender aşağıdakı malların satın alınmasınıəhatə edir:

  • tenderdə iştirak etmək üçün ərizə;
  • podratçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  • podratçının ixtisas göstəricilərinə dair məlumat;
  • tender təklifi (tender təklifi qiymətinin 3 faizi həcmində tender təklifinin təminatı (bank qarantiyası) ilə birlikdə);
  • podratçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı.

 

Podratçılardan tələb olunan sənədlər 05 iyun 2012-ci il, yerli vaxtla 18:00-a qədər faks, elektron poçt və ya adi poçtla, tender təklifləri isə 13 iyun 2012-ci il, yerli vaxtla 18:00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə AZ1004, Bakı şəhəri, Neftçilər prospekti 24 ünvanında yerləşən ARDNF-yə təqdim edilməlidir.

Podratçıların ixtisas göstəricilərinin qiymətləndirilməsi və müqayisəsi üçün İnformasiya Texnologiyaları sahəsində ən azı 5 illik təcrübənin, müvafiq sahədə həyata keçirilmiş 3-5 layihənin olması, texniki və maliyyə imkanları, idarəetmə səriştəsi kimi meyarlara üstünlük veriləcəkdir. 

Tenderin Əsas Şərtlər Toplusu Azərbaycan dilində tərtib olunmuşdur.

Əsas Şərtlər Toplusu və satın alınacaq malların tam siyahısı tenderdə iştirak edən podratçılara təqdim ediləcəkdir.

Podratçıların səlahiyyətli nümayəndələri tender təkliflərinin (zərflərin) açılmasında iştirak edə bilərlər.

Tender ilə əlaqədar suallar və sorğular RFP@oilfund.az ünvanlı elektron poçta və ya (+994 12) 498 17 60 nömrəli faksa (əlaqələndirici şəxs Qaçay Mirzəyev) göndərilə bilər. Əlaqə telefonu: (+994 12) 498 77 53 (dax. 176)

 
Tender Komissiyası