Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Elanlar

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) “İnsan resursları və əmək haqqının idarə edilməsi” (HR-Payroll) sisteminin satın alınması məqsədilə AÇIQ TENDER  ELAN  EDİR

Hasilatın Pay Bölgüsü Sazişləri çərçivəsində çalışan xarici neft şirkətləri tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) təhvil verilmiş aktivlər sırasından: qaynaq avadanlığı, müxtəlif təyinatlı və ölçülü borular, müxtəlif təyinatlı və ölçülü elektrik kabelləri materialları, neft və qaz quyularında qazma işlərinin aparılması üçün böyük çeşiddə elementlər, eləcə də ehtiyat hissələri o cümlədən, izolyasiya materialı və digər aktivləri əldə etmək niyyətində olan şəxslər 10 may 2012-ci ilə qədər ARDNF-ə müraciət edə bilərlər.

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) İnformasiya Texnologiyaları avadanlıqlarının və proqram təminatı lisenziyalarının satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR 

Hasilatın Pay Bölgüsü Sazişləri çərçivəsində çalışan xarici neft şirkətləri tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) təhvil verilmiş aktivlər sırasından: qaynaq avadanlığı, müxtəlif təyinatlı və ölçülü borular, müxtəlif təyinatlı və ölçülü elektrik kabelləri materialları, neft və qaz quyularında qazma işlərinin aparılması üçün böyük çeşiddə elementlər, eləcə də ehtiyat hissələri o cümlədən, izolyasiya materialı və digər aktivləri əldə etmək niyyətində olan şəxslər 20 mart 2012-ci ilə qədər ARDNF-yə müraciət edə bilərlər. 

Azərbaycan Respublikası Dövlət Neft Fondu (bundan sonra - ARDNF) “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun V fəsli ilə müəyyən edilmiş üsulla səhm portfelinin passiv idarəedilməsi üzrə Xidmət Təklifləri Sorğusu (bundan sonra - XTS) elan edir. Təklif olunan səhm portfeli üçün bençmark “MSCI  World” indeksidir.  

Azərbaycan Respublikasının Dövlət Neft Fondu aşağıda adları göstərilən malların (işlərin və xidmətlərin) satın alınması üçün KOTİROVKA SORĞUSU ELAN EDİR 

Hasilatın Pay Bölgüsü Sazişləri çərçivəsində çalışan xarici neft şirkətləri tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) təhvil verilmiş aktivlər sırasından qaynaq avadanlığı, müxtəlif təyinatlı və ölçülü borular, müxtəlif təyinatlı və ölçülü elektrik kabelləri materialları, neft və qaz quyularında qazma işlərinin aparılması üçün böyük çeşiddə elementlər, eləcə də ehtiyyat hissələri o cümlədən, izolyasiya materialı və digər aktivləri əldə etmək niyyətində olan şəxslər 17 fevral 2012-ci ilə qədər ARDNF-yə müraciət edə bilərlər

Azərbaycan Respublikasının Dövlət Neft Fondu 2012-ci il üçün aşağıda adları göstərilən malların (işlərin və xidmətlərin) satın alınması məqsədi ilə KOTİROVKA SORĞUSU ELAN EDİR

ARDNF MHŞT üzrə  Komissiyanın və xarici və yerli şirkətlərin təqdim edəcəyi 2011-ci ili əhatə edən hеsаbatların təhlil edilərək tutuşdurulması və hesabatlara dair rəy verilməsi xidmətlərinin müsabiqə yolu ilə satınalınması məqsədilə "Dövlət Satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun V fəsli ilə müəyyən edilmiş üsulla təkliflər cəlb edir. 

Azərbaycan Respublikası Dövlət Neft Fondu, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinə uyğun olaraq Azərbaycanda  Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) tətbiqi üzrə fəaliyyət barədə 2011-ci ili əhatə edən illik hesabatın tərtibi və dərci işlərinin satın alınması məqsədilə təkliflər sorğusu üsulu ilə satınalma müsabiqəsi keçirir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 367 s nömrəli, 29 dekabr 2009-cu il tarixli Sərəncamı ilə, Bakı şəhəri, Nizami rayonu, 6-cı Köndələn küçəsi 2 ünvanında ayrılmış torpaq sahəsi yeni inzibati binanın tikintisi üçün Dövlət Neft Fondunun daimi istifadəsinə verilmişdir.

Azərbaycan Respublikasının Dövlət Neft Fondu, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinə uyğun olaraq Bakı şəhəri, Nizami rayonu, 6-cı Köndələn küçəsi 2 ünvanında yeni inzibati binasının tikintisi işlərinin satın alınması məqsədilə təkliflər sorğusu üsulu ilə satınalma müsabiqəsi keçirir.


 
1 | 2 | 3 | 4 | 5 | 6 »