Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Bildiriş

Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Beynəlxalq Katiblik “Ölkənizdə təbii resusların nəticələrini görürsünüzmü?” mövzusunda video müsabiqə elan edir. Müsabiqə ölkəsində MHŞT-nin tətbiq edilib-edilməməsindən asılı olmayaraq bütün ictimaiyyətə açıqdır. Video çarxlarda MHŞT tətbiqinin ölkədə hansı dəyişikliklər yaratması, hesabatlılığın ölkədə ictimai debat və islahatları necə stimullaşdırması, vətəndaşların və təşkilatların mineral ehtiyatlardan daxil olan gəlirlər barədə informasiyalardan necə istifadə etməsi əks oluna bilər. Video müsabiqənin keçirilməsində əsas məqsəd MHŞT haqqında insanları məlumatlandırmaq və Təşəbbüsü daha geniş yaymaqdan ibarətdir.

Azərbaycan Respublikası Dövlət Neft Fondu (bundan sonra - ARDNF) işçilərinin tibbi sığortalanması məqsədi ilə "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun V fəsili ilə müəyyən edilmiş üsulla tibbi sığorta üzrə xidmətlərin satınalınması üçün təkliflər cəlb edir.

Hasilatın Pay Bölgüsü Sazişləri çərçivəsində çalışan xarici neft şirkətləri tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) təhvil verilmiş aktivlər sırasından: qaynaq avadanlığı, müxtəlif təyinatlı və ölçülü borular, neft və qaz quyularında qazma işlərinin aparılması üçün böyük çeşiddə elementlər, eləcə də ehtiyyat hissələri o cümlədən, izolyasiya materialı və digər aktivləri əldə etmək niyyətində olan şəxslər 13 avqust 2012-ci ilə qədər ARDNF-yə müraciət edə bilərlər.

Azərbaycan Respublikasının Dövlət Neft Fondu Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Komissiyanın və xarici və yerli şirkətlərin təqdim edəcəyi hesabatların təhlil edilərək tutuşdurulması və MHŞT Standartı ilə tələb edilən digər məlumatların toplanması daxil olmaqla 2015, 2016 və 2017-ci illəri əhatə edən MHŞT hеsаbatlarının hazırlanması xidmətinin müsabiqə yolu ilə satınalınması məqsədilə təkliflər cəlb edir. 

 

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) İnformasiya Texnologiyaları avadanlıqlarının və proqram təminatı lisenziyalarının satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR.


 
« 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 »