Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
BİLDİRİŞ - 15.02.2017

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən malların (işlərin, xidmətlərin) satın alınması məqsədilə 24 dekabr 2016-cı il və 11 yanvar 2017-ci il tarixlərində “Xalq Qəzeti”ndə dərc olunmuş elanlar üzrə keçirilən 9 lotdan ibarət açıq tenderdə Lot 2: Xırda avadlıqların (qulaqcıqlar, yaddaş kartları, müxtəlif növ batareyalar və s.) satın alınması; Lot 4: Fiziki təhlükəsizliklə bağlı avadanlıqların (əleyhqazlar, fənərlər, dozimetrlər, detektorlar və s.) satın alınması; Lot 6: Şəbəkə hücumlarını aşkarlama və mühafizə sistemi üzrə texniki xidmətin satın alınması və Lot 7: Dəyişikliklərin idarə olunması və təhlükəsizlik hadisələrin monitorinqi üzrə texniki  xidmətin satın alınması üzrətəklif vermiş iddiaçıların sayı üçdən az olduğundan “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən Lot 2; Lot 4; Lot 6 və Lot 7 üzrə tenderin davamından imtina edilmişdir.