|
İctimaiyyətlə əlaqələr
Azərbaycan Respublikası Dövlət Neft Fondunun ictimaiyyətlə əlaqələr sahəsində fəaliyyəti ictimaiyyətin bütün nümayəndələri ilə münasibətlərin düzgün koordinasiya edilməsinə və onların Neft Fondu haqqında informasiya ehtiyaclarının ödənilməsini təmin etməyə yönəldilmişdir. Neft Fondu ictimaiyyət nümayəndələrinin suallarını cavablandırmaqda hər zaman maraqlıdır. Fonda hər gün daxil olan müxtəlif şifahi və yazılı sorğular “İnformasiya əldə etmək” haqqında Qanunda nəzərdə tutulmuş vaxt çərçivəsində və sahibi olduğumuz informasiyanın təmin edilməsi şərtilə cavablandırılır. 2007-ci il 20 aprel tarixində Fondun “İnformasiya siyasəti” təsdiq edilib. Neft Fondunun informasiya siyasəti onun şəffaf dövlət təşkilatı imicinin qorunmasına və inkişaf etdirilməsinə xidmət edir. İnformasiya siyasətinin əsas prinsipləri aşağıdakılardır:
|









