Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
ARDNF Suveren Fondların Beynəlxalq Forumunun iclasında iştirak edir - APA Economics, 20.11.2014

Bakı. Aqşin Rafiqoğlu - APA “Economics”. Bu il noyabr ayının 19-20-də Qətərin paytaxtı Doha şəhərində Suveren Fondların Beynəlxalq Forumunun (SFBF) altıncı iclası keçirilir.

Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) APA “Economics”ə verilən məlumata görə, iclasda fondun icraçı direktoru Şahmar Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edir.

Suveren Fondların Beynəlxalq Forumu Suveren Fondların Beynəlxalq İşçi Qrupunun 2009-cu il aprelin 5-6-da Əl-Küveyt şəhərində keçirilmiş iclasında yaradılıb və ilk rəsmi iclasını 2009-cu il 8-9 oktyabr tarixlərində Bakı şəhərində keçirib. SFBF könüllü qrup olub, əsas məqsədi Suveren Fondların ümumi maraqlarına dair məsələlər ətrafında fikir mübadiləsi aparmaq və Santyaqo prinsipləri və Suveren Fondların fəaliyyətinin anlaşılmasını asanlaşdırmaqdır. 

http://apa.az/iqtisadiyyat-xeberleri/senaye-ve-energetika/ardnf-suveren-fondlarin-beynelxalq-forumunun-iclasinda-istirak-edir.html