Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Azərbaycan Dövlət Neft Fondu bu il Çin yuanına 500 mln. dollar yatırım edəcək - APA Economics, 24.01.2015

Bakı. Musa Əhmədov - APA -Econmomics. Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bu il Çinin milli valyutası olan yuana 500 mln. dollar yatırım edəcək.

APA -Economics" “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bu barədə fondun icraçı direktoru Şahmar Mövsümov məlumat verib.

"Ötən ilin sonunda biz “renminbi”yə (Çinin valyuta sistemi) yatırılacaq kvotanı müəyyənləşdirmişik.  Artıq lazımi sənədləşmə işləri yekunlaşmaq üzrədir və bu il biz  Çin yuanına nəzərdə tutulan 500 mln. dolları yatırmağa hazırlaşırıq", - deyə Ş.Mövsümov qeyd edib.

Onun sözlərinə görə, ARDNF öz investisiya portfelinin diversifikasiyası üçün Asiya bazarlarından daşınmaz əmlakın alınmasını davam etdirəcək: “Biz Yaponiya, Honq Konq, Sinqapur və Çinin daşınmaz əmlak bazarını müşahidə edirik. Avropadakı əsas mərkəzlərin bazarları da bizim gündəliyimizə daxildir. İnvestisiya portfelinə daxil olan gəlirliliyi az olan aktivləri əvəzləməklə bağlı axtarışlar aparılır”.

Qeyd edək ki, 1999-cu ildə enerji satışlarından əldə edilən gəliri idarə etmək üçün yaradılan ARDNF 2012-ci ildə London, Paris, Moskva və Seulda baş ofis və ticarət mərkəzlərini satın alıb, daha sonra qızıla, Avstraliya dollarına, Rusiya rubluna və daşınmaz əmlaka sərmayə yatırmağa başlayıb. 2014-cü ilin oktyabrın 1-nə, Fondun aktivləri 37 mlrd. dollar təşkil edib.  

http://apa.az/maliyye_xeberleri/azerbaycan-dovlet-neft-fondu-bu-il-cin-yuanina-500-mln-dollar-yatirim-edecek.html